BQXK erməni gitovluğunda olan azərbaycanlılara baş çəkib

BQXK erməni gitovluğunda olan azərbaycanlılara baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları erməni işğalında olan Kəlbəcərdə girov götürülən azərbaycanlılara baş çəkib. 
BQXK-nın Azərbaycan nümayəndəliyindən BAKU.WS-ə verilən məlumata görə, Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkilib, ailələrinə məlumat çatdırılıb. 
"BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək", - mlumatda bildirilir.
Şahbaz Quliyevin bacısı İradə Quliyeva ANS PRESS-ə açıqlamasında qardaşının ikinci dəfədir ki, məktub göndərmədiyini deyib. Bu dəfə ailəsi də Ş.Quliyevə məktub göndərə bilməyib: "Mənə ötən gün zəng vurub dedilər ki, Şahbaza baş çəkiblər. Amma baş qarışıq olduğu üçün ondan məktub gətirməyiblər. Sadəcə qardaşım şifahi hamımıza salam göndərib. Vəziyyətinin yaxşı olduğu deyilir".   BAKU.WS
Siyasət xəbərləri
Baku.ws digər xəbərlər