Braziliya yığması Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində geniş heyətlə çıxış edəcək

Braziliya yığması Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində geniş heyətlə çıxış edəcək

Bakı, 17 aprel, AZƏRTAC

Cüdo ölkələrindən olan Braziliya yığması mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində geniş heyətlə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, dünya reytinq cədvəlində dördüncü pillədə qərarlaşan bu ölkəni 17 idmançı təmsil edəcək. Kişilər arasında nüfuzlu yarışda 9, qadınların mübarizəsində isə 8 cüdoçu tatamiyə çıxacaq.

İndiyədək 60 ölkə (515 cüdoçu) Bakı turnirinə qatılacağını təsdiqləyib.

AZERTAG.AZ :Braziliya yığması Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində geniş heyətlə çıxış edəcək

İdman xəbərləri
Azertag.az digər xəbərlər