Braziliyalı məşqçi: "Azərbaycan Gimnastika Federasiyası öz işini əla görür"

Braziliyalı məşqçi: "Azərbaycan Gimnastika Federasiyası öz işini əla görür"

Bədii gimnastika üzrə Braziliya milli komandasının məşqçisi Bruna Rosa Dünya Kuboku ərəfəsində gimnastlarının məşqindən razı qalıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində məşqçi özü deyib.

O bildirib ki, Gimnastika Arenasındakı podium möhtəşəmdir:

"Zona böyükdür, işıqlandırma yaxşıdır, məşq etmək rahatdır. Azərbaycan Gimnastika Federasiyası öz işini əla görür, gimnastlar üçün yaxşı şərait yaradılıb".

Məşqçi bildirib ki, Azərbaycan gimnastlarının məşqlərini izləyib və onların həvəslə məşq etmələrini bəyənib:

"Onlar ciddi cəhdlə işləyir və bu mənim xoşuma gəlir".

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışı keçiriləcək. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışda 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Milli.Az

İdman xəbərləri
Milli.az digər xəbərlər