BŞH F1 yarışında baş verən qəza ilə bağlı açıqlama yayıb

BŞH F1 yarışında baş verən qəza ilə bağlı açıqlama yayıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti SOCAR Azərbaycan Qran Prisi çərçivəsində keçirilən Formula 1 üzrə birinci səbəst yürüşdə baş verən qəza ilə bağlı açıqlama yayıb. SİA açıqlamanı nəzərinizə çatdırır:

“Nəzərinizə çatdırmaq istərdik ki, bu gün keçirilən 2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisinin birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsiz şəkildə əvəzolunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyuk təkrar yoxlanılıb və növbəti yarış sessiyasına start verilib".

loading...

İdman xəbərləri
Sia.az digər xəbərlər