BŞİH: İkinci mərtəbədən yerə tullanan şagirdlə bağlı videogörüntünün hansı məktəbə aid olduğu araşdırılır

BŞİH: İkinci mərtəbədən yerə tullanan şagirdlə bağlı videogörüntünün hansı məktəbə aid olduğu araşdırılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı məktəblərdən birində şagirdin dərsdən qaçarkən özünü ikinci mərtəbədən yerə tullanması ilə bağlı videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən həmin hadisə ilə bağlı yayılan videoya münasibət bildirərkən deyilib.

İdarədən qeyd edilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Həmin videogörüntünün hansı məktəbə aid olduğu bəlli deyil: "Amma bu kimi hallar yolverilməzdir. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi qabaqlayıcı tədbirlər görülür".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər