BSU Volqoqrad Dövlət Sosial - Pedaqoji Universiteti ilə müqavilə imzalayıb (+FOTO)

BSU Volqoqrad Dövlət Sosial - Pedaqoji  Universiteti ilə müqavilə imzalayıb (+FOTO)

AZpress.AZ xəbər verir ki, mayın 7-də Bakı Slavyan Universiteti ilə Rusiyanın Volqoqrad Dövlət Sosial - Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

BSU-nun rektoru, professor Nurlana Əliyeva Volqoqrad Dövlət Sosial - Pedaqoji Universitetinin professoru Olqa Dimitriyevanı qəbul edib. Görüş zamanı professor N.Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, dünyanın tanınmış universitetləri ilə qurulan əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində beynəlxalq əməkdaşlıq və digər məsələlər barədə söz açıb. BSU-nun Rusiyanın qabaqcıl universitetləri ilə əlaqlərindən danışan N.Əliyeva həmin universitetlərdə fəaliyyət göstərən Azərbacan dili və mədəniyyəti mərkəzləri barədə qonağa məlumat verib. N.Əliyeva BSU-dakı tədris-mədəniyyət mərkəzlərinin, xüsusən Rusiya Tədris və Mədəniyyəti Mərkəzi nəzdində “Moskva auditoriyası”nın fəaliyyətindən söz açıb.

Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən Volqoqrad Dövlət Sosial - Pedaqoji Universitetinin professoru Olqa Dimitriyeva BSU-dakı təhsil sisteminin, burada yaradılan şəraitin bunun bariz nümunəsi olduğunu deyib. Qonaq BSU ilə Volqoqrad Dövlət Sosial - Pedaqoji Universiteti arasında qurulacaq əməkdaşlığın Azərbaycan və Rusiya ali məktəbləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.

Görüşün sonunda BSU ilə Volqoqrad Dövlət Sosial - Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilədə iki təhsil müəssiəsi arasında birgə elmi araşdırılmaların aparılması, elmi tədbirlərin – konfransların, seminarların, simpoziumların, təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-tarixi ədəbiyyatla qarşılıqlı təmin olunması öz əksini tapıb.

!© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Mədəniyyət xəbərləri
Azpress.az digər xəbərlər
Ağcabədidə konfrans keçirilmişdir  + FOTOLAR (AZpress.AZ – İ.Mais, Ağcabədi)

Ağcabədidə konfrans keçirilmişdir + FOTOLAR (AZpress.AZ – İ.Mais, Ağcabədi)

08-05-2019 11:55 - Azpress.az - Siyasət
AZ- ın bölgə müxbiri xəbər verir ki, konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, qonaqları salamlamış, konfransın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il ildönümü münasibətilə keçirilən Beynəlxalq Elmi Konfransın davamı olaraq bölgələrdə davam etdiyini bildirmiş, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Dövlətçiliyi və xalqımız qarşısındakı misilsiz xidmətləri barədə məlumat vermişdir.
Konfransda Azərbaycan Dillər Universitetinin dosenti Ceyhun Alıyev “Multikulturalizm və dini identiklik” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva “Heydər Əliyev-Azərbaycançılıq ideologiyası və multikulturalizm” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Sevda Məhərrəmova “Multikulturalizm Azərbaycanda Beynəlxalq münasibətlərin elementi kimi” mövzusunda, Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün məktəbinin müəllimi Gülbuta Tahirova “Heydər Əliyevin gənc nəslə tövsiyələri ” mövzusunda, həmin məktəbin müəllimi Mehriban Behbudlu “Heydər Əliyev və Azərbaycan məktəbi” mövzusunda çıxış etmişlər.
Tədbirin sonunda Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbin V sinif şagirdi Sərmayə Mehralıyeva şeir söyləmiş, məktəbin direktoru Sürəyya Məmmədova tədbirdə iştirak etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirmiş, ucqarda yerləşən bir köçkün məktəbində Beynəlxalq konfransın təşkili üçün öz minnətdarlığını ifadə etmişdir.

Fotomüxbir Mais Amin AZpress.
Qobu qəsəbəsində şəhidlərin xatirəsi yad edilib (+FOTOLAR)

Qobu qəsəbəsində şəhidlərin xatirəsi yad edilib (+FOTOLAR)

08-05-2019 04:30 - Azpress.az - Siyasət
AZ xəbər verir ki, Abşeron rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Qobu qəsəbəsindəki Şəhidlər kompleksində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Silahlı Qüvvələrin əsgəri Heydərov Əli İntiqam oğlunun və qəsəbə şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Şəhidlər muzeyi önündə keçirilən mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi Veteranları, yüzlərlə qəsəbə sakini, şəhidin yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin ailəsinə başsağlığı verib və aprel döyüşləri zamanı hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışan İradə Gülməmmədova qeyd edib ki, dörd günlük savaşda düşmən ordumuzun qüdrəti qarşısında vahiməyə düşərək bir daha əmin oldu ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir.
İ.Gülməmmədova çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib.
Mərasimdə iştirak edən qonaqlara öz minnətdarlığını bildirərən şəhidin atası İntiqam Heydərov qeyd edib ki, bu gün bir daha əmin oldum ki, Əli ölməyib, o, bu gün yaşayır.