BTQ dəmiryolu xətti üzrə sərnişin qatarların hərəkət qrafiki və qiymətlər müəyyənləşib, YENİLƏNİB

BTQ dəmiryolu xətti üzrə sərnişin qatarların hərəkət qrafiki və qiymətlər müəyyənləşib, YENİLƏNİB

Türkiyə tərəfi bu ilin avqust ayında Bakı-Tbilis-Qars dəmir yolu xəttində fəaliyyətə başlayacaq Bakı-Ankara-Bakı sərnişin qatarının biletlərinin qiymətinə dair Azərbaycan tərəfinə təklifini təqdim edib.

REAL xəbər verir ki, bunu ONA-ya“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib.

S. Qədirova deyib ki, Türkiyə tərəfi qiymətlərin vaqonların kateqoriyasından asılı olaraq adambaşına 350-800 lirə (97- 220 manat) arasında olmasını təklif edib: “Azərbaycan tərəfi hazırda bu təklifə baxır. Hələ ki, bu məsələ ilə bağlı razılaşma yoxdur. Yaxın vaxtlarda qiymətlərə dairbirgə razılıq əldə olunacaq və bu, ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, Bakı-Ankara-Bakı marşrutunda sərnişinlər Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İsveçrənin “Stadler” şirkətindən aldığı vaqonlar vasitəsi ilə daşınacaq.

*****

14:11

Bakı-Tbilisi-Qarsdəmir yoluilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Belə ki, həftədə bir səfər nəzərdə tutulub. Qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 97- 220 manat arasında olacağı güman edilir.

REAL “Report”a istinadla xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Railturkey” saytı yayıb.

Məlumata görə, BTQ dəmir yolu xətti ilə “Azərbaycan Dəmir Yolları” QSC “Stadler” şirkətindən aldığı 10 ədəd vaqonla sərnişin daşınmasına başlanılacaq.

Bununla yanaşı, səfər müddətinin 37 saat sürəcəyi qeyd edilirdi, amma aparılmış təcrübələrə əsasən, yol təqribən 40 saata başa gələcək. Hazırda isə səfəri 40 saatdan az vaxta reallaşması üçün işlər həyata keçirilir.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü il, sonra 2015-ci il,2016-ci ilvə ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib.

27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidentiİlham Əliyevtərəfindən açılışı elan edildi. Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.

İqtisadiyyat xəbərləri
Realtv.az digər xəbərlər
Ramil Usubov sıra baxışı keçirib, 200 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub

Ramil Usubov sıra baxışı keçirib, 200 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub

08-05-2019 17:45 - Realtv.az - Siyasət
Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 200 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılmış müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.

Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, göstərilən etimadı doğrultmalarını, öz üzərilərində səylə çalışmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

DİN vətəndaşların nəzərinə bir daha çatdırır ki, polis orqanlarında vakant olan Post-Patrul Xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti belə tədbir mayın 13-də DİN-in Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.