Bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək


10 may Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcədigər ətraf küçəprospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, bu səbəbdən də hərəkət məhdudlaşdırılan və istiqaməti dəyişdirilən küçə və prospektlərə daxil olan marşrutlar - 3,6,18,29,31,39,53,77,96, 205, 206 müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.


İqtisadiyyat xəbərləri
Teleqraf.com digər xəbərlər