Bu da oldu: Hamilə qadınlar doğulmamış körpələrinə bu şəkildə musiqi dinlədəcək...

Bu da oldu: Hamilə qadınlar doğulmamış körpələrinə bu şəkildə musiqi dinlədəcək...

Hamilə qadınlar indi də dünyaya gəlməmiş körpələrinə musiqi dinlətmək üçün uşaqlıq yoluna tampon şəklində cihaz yerləşdirəcək. Beləliklə, doğulmamış körpələr musiqi dinləyə biləcək.


Moderator.az xəbər verir ki, İngiltərədə "Music in baby" adlı bir şirkət 150 dollara satdığı "Babypod" adlı cihazın ana bətnindəki körpələrə musiqi dinlətdiyini iddia edir.

Mütəxəssislər "Bir döl üçün çox yüksək bir səs olub olmadığını bilmirik. Bəlkə də, bədənimizin bu şəkildə təchiz edilməməsinin bir səbəbi vardır" deyib.

Şirkət adından çıxış edən rəhbərliyin etdiyi açıqlamada isə, 1000-dən çox xəstə üzərində aparılan klinik araşdırmanın nəticəsində cihazın döllər üçün təhlükəsiz olduğu aydın olub.

Cihazın hamiləliyin 16-cı həftəsindən başlayaraq gündə 10 ilə 20 dəqiqə ərzində istifadə edilə biləcəyi bildirilir. Körpələrin doğulmadan əvvəl musiqi dinlədiyinin bir fayda verdiyinə dair isə bir dəlil yoxdur.


Kamran

İKT xəbərləri
Moderator.az digər xəbərlər