“Bu da sizə foto...” – Mətanət ittihamlara elə cavab verdi ki...


Müğənni Mətanət Əsədova onu tez-tez plastik əməliyyat etdirməkdə suçlayanlara cavab verib.

Teleqraf.com xəbər verir ki, İnstaqram səhifəsində 15 il əvvəl çəkdirdiyi fotonu paylaşan sənətçi bu iddianın həqiqəti əks etdirmədiyini bildirib.

Mətanət fotonun üzərində qeyd edib:

“Sonra deyirlər ki, mən çox plastik əməliyyat etdirmişəm. Bu böhtanlara son qoyun. Allah sizi hifz etsin. Bu da 15 il əvvəl dostlarımla çəkdirdiyim fotodur...”.

Fotonu təqdim edirik:


Açar sözlər
Mətanət Əsədova , Instaqram
Mədəniyyət xəbərləri
Teleqraf.com digər xəbərlər

Yüzlərlə gənc könüllülər sıralarına qatılır

26-04-2019 11:46 - Teleqraf.com - Siyasət

 
 
 Ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.

 

Teleqraf.com xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasında, İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, Bakı Ali Neft Məktəbində keçirilən təqdimatlarda ETSN-nin nümayəndələri tələbələrə ekokönüllü proqramının məqsədi, iştirak qaydaları, imkanları və gənclərin bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

 

Bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq.

 

Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər.