Bu dəfə də qatlana bilən telefonlar gəlir

Bu dəfə də qatlana bilən telefonlar gəlir

"Samsung" tərəfindən istehsal olunacaq qatlana biləcək ilk telefonun bu il ərzində satışa çıxarılması proqnozlaşdırılır

BAKI, 19 fevral — Sputnik. Texnologiyanın inkişafı bu dəfə istifadəçilərə telefonlarını qatlamağa imkan verəcək.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qatlana bilən telefonların “Samsung” tərəfindən 2016-2017-ci illərdə satışa çıxarılması nəzərdə tutulmuşdu. Lakin müəyyən səbəblərdən şirkətin bu proqnozları özünü doğrultmadı. İlk dəfə olaraq 2015-ci ildə qatlana bilən telefonlarla bağlı ideya irəli sürülsə də, bunun reallaşdırılması müəyyən zaman almalı olub.

"Samsung" tərəfindən istehsal olunacaq qatlana biləcək ilk telefonun bu il ərzində satışa çıxarılması proqnozlaşdırılır.

Açar sözlər
Samsung , Azərbaycan , Türkiyə
İKT xəbərləri
Sputnik.az digər xəbərlər
Çoxmənzilli binaların istismarı ilə bağlı fərman imzalandı

Çoxmənzilli binaların istismarı ilə bağlı fərman imzalandı

19-02-2019 17:17 - Sputnik.az - İqtisadiyyat
Sputnik Azərbaycan-ın xəbərinə görə, fərmanla müəyyən edilir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.