Bu dəfə Trampın qarşısına şam yandırıb çıxdılar və ondan elə bir şey tələb etdilər ki...

Bu dəfə Trampın qarşısına şam yandırıb çıxdılar və ondan elə bir şey tələb etdilər ki...

Amerikadakı ermənilərin bir qismi Ağ Evqarşısında aksiya keçirb.

Moderator.az erməni mətbuatına istinadənxəbər verir ki, Ağ Ev qarşısında şam yandıran aksiya iştirakçıları Trampdanqondarma “erməni soyqırımı”nın tanıdılmasını tələb edib. Bu günə qədərsaysız-hesabsız qətliamlar, soyqırımları törədən ermənilər Trampı inandırmağa çalışıbki,”1915-ci il olaylarının soyqırım kimi tanınması yeni soyqırımlarınınqarşısını ala bilər”.

Aksiyada ABŞ-ın bəzi ştatlarına daçağırışlar ünvanlanıb və onlardan 100 il əvvəlki “soyqırımı” tanımaq xahişedilib.

Məlumat üçün qeyd edək ki, 1916-1930-cuillərdə Amerika “soyqırım” qurbanlarının yaxınlarına 2,6 milyard dollar yardımgöstərib.

Onu da vurğulayaq ki, ermənilərin Türkiyə-ABŞmünasibətlərində ziddiyyətlərin davam etdiyi bir dönəmdə belə bir addım atmasıheç də təsadüfi deyil. Iki dövlət arasındakı gərginliyi fürsət kimi dəyərləndirənermənilər hesab edir ki, indiki məqamda qondarma “erməni soyqırımı”nın ABŞ tərəfindəntanınması ehtimalı əvvəlki dövrlərlə müqayisədə daha böyükdür.

Ermənilərin son vaxtlar ABŞ-dakıaktivliyini artırması məhz bununla izah olunur.

Seymur ƏLİYEV

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər