"Bu, düşmənçiliyin formalaşmasına bəhanə yaratmamalıdır" Ərdoğan

"Bu, düşmənçiliyin formalaşmasına bəhanə yaratmamalıdır" Ərdoğan

"Ümumi tarixin faciəli səhifələri xalqları birləşdirməli, sülhü, dostluğu və əməkdaşlığı gücləndirməlidir. Bu, yeni bir düşmənçilik dövrünün formalaşmasına bəhanə yaratmamalıdır. SİA-nın "Haberler"ə istinadən veriyi xəbər görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Anzak Günü" ilə əlaqədar yazdığı müraciətdə deyilir.

“Anzak günü” Çanaqqalada quruda gedən döyüşlərin 104-cü ildönümü münasibətilə keçirilir. Ərdoğanın tarixi döyüşün 104-cü ildönümü ilə bağlı bəyanatında beynəlxalq arenada sülhün qorunmasına çağırış edilir.

Türkiyə lideri Türkiyənin qərbindəki döyüşlərdə həlak olan bütün millətlərin əsgərlərinin xatirəsini yad edir.

Müraciətdə, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, Gelibolu yarımadasında həlak olan əsgərlərin analarına müraciəti də yer alır: "Sizin övladlarınız bu torpaqlarda sülh içində yatır".

Türk dövlətinin rəhbəri müasir və gələcək nəsillərin vəzifəsinin xalqlar arasında dostluq fikirlərini müdafiə etmək olduğunu bildirib: "Yeni müharibələrin və münaqişələrin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Bu, bizim birgə məsuliyyətimizdir. Yenə də qəhrəmanlarımızın cəsarəti və qəhrəmanlığı qarşısında baş əyirəm".

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər