Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaqdır.


"Azərişıq" ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, fasilə Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.


"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir

Açar sözlər
Azərişıq Asc , Qaradağ , Xırdalan
İqtisadiyyat xəbərləri
Azxeber.com digər xəbərlər
Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - TƏFƏRRÜAT

Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - TƏFƏRRÜAT

26-04-2019 14:52 - Azxeber.com - Hadisə
V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib.

 
Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.


2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib.