Bu ərazilərdə rəngənmə işləri aparılır Sürücülərin diqqətinə!

Bu ərazilərdə rəngənmə işləri aparılır Sürücülərin diqqətinə!

Bakı şəhəri, Heydər Əliyev prospekti, Hava limanı yol qovşağından Böyük şor yol qovşağınadək (hər iki istiqamət) olan hissədə 26, 27 və 28 aprel tarixlərində səhər saat 10:00-dan axşam saat 18:00-dək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə SİA-ya "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Bundan başqa, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov və İstiqlaliyyət küçələrində, həmçinin İnşaatçılar, Nərimanov, Parlament, Hüseyn Cavid prospektlərində və Hüseyn Cavid parkının ətrafında 26 və 27 aprel tarixlərində axşam saat 22:00-dan səhər saat 6:00-a kimi üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərinin aparılması nəzərdə tutulur.

Bu səbəbdən sürücülərdən qeyd olunan tarixlərdə adı çəkilən ünvanlar boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

loading...

Açar sözlər
Heydər Əliyev , Azərbaycan Avtomobil Yolları , Bakı , Nərimanov , Lermontov
İqtisadiyyat xəbərləri
Sia.az digər xəbərlər
Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

26-04-2019 21:56 - Sia.az - Siyasət
Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədəniyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər:

"Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar.

Görünür, dünyagörüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub.

Yalan, böhtan üzərində qurulan siyasət gec-tez ifşa olunur, bu üsulla populyarlıq qazanmaq istəyənlər ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər.