“Bu erməni qrupu Bakı, Sumqayıt, Şamaxıdakı və s. qohumları vasitəsilə məxfi işlər aparır...”

“Bu erməni qrupu Bakı, Sumqayıt, Şamaxıdakı və s. qohumları vasitəsilə məxfi işlər aparır...”

“ABŞ kəşfiyyatı 1985-ci ildən Qarabağda Azərbaycana qarşı fəaliyyət göstərən xüsusi hərəkat yaradıb...”

Xəbər verdiyimiz kimi,

Moderator.az-ın rus versiyası tanınmış tədqiqatçı professor Rövşən Novruzoğlunun rus dilində çapa hazırlanan “Zəhərli dairə. Yaxud erməni qeyri-hökumət təşkilatları Azərbaycan xalqının genefondunu necə zəhərləyir?” kitabının ən maraqlı məqamlarını təqdim etməyə başlayıb. Əsərdə Orta əsrlərdən bəri, o cümlədən sovet dövründən ta bu günlərədək ermənilərin ayrı-ayrı adamları, qrup və ya müxtəlif adlar altında gizlənmiş terror təşkilatlarının Rusiya, Avropa, Amerika və s. kəşfiyyatlarınn himayəsi altında Azərbaycan xalqının genefondunun birbaşa və ya tədricən zəhərlənməsi, ayrıca dövlət xadimlərinin, sərkərdələrin, say-seçmə ziyalıların sıradan çıxarılması üçün gördükləri təxrubatçı işlərdən bəhs edilir.


Əsərdə nəinki 1980-1990-cı illərdə, eləcə də 2000-ci illərin sonlarında erməni kəşfiyyatçılarının Bakıda və bir sıra bölgələrdə Azərbaycanın idarə, müəssisə və QHT-lərinə nüfuz etdiyi, hətta onlarla erməni qızının azərbaycanlı gənclərlə ailə qurmasına şərait yaratdığı göstərilir.


Müəllif – professor, keçmiş “KQB” polkovniki R.Novruzoğlu iddia edir ki, əsərdəki fakt və olaylar mötəbər mənbə, arxiv və kəşfiyyat materiallarına istinadla toplanıb.


Beləliklə, bəhs edilən kitabın kütləvi oxucu üçün ən maraqlı, tarixi və siyasi əhəmiyyətli parçalarının tərcüməsini nəzərinizə çatdırırıq:


(Əvvəli bu linkdə:

http://www.moderator.az/news/266819.html)


“Arkadi Karapetyana Bakıda, Sumqayıtda və Şamaxı rayonunda onunla qohumluğu olan 75 nəfərlə əlaqə saxlamaq müəssər oldu...”


“...Azərbaycana qarşı düşmənçiliyi ilə tanınan tarixçi Arkadi Karapetyan Amerika Birləşmiş Ştatlarındakı erməni mərkəzlərindən biri olan "Birləşmiş erməni fondu"ndan xüsusi tapşırıq alır ("Lraber" qəzeti, Nyu-York, 1985). Qrupun təlimatı Federal Təhqiqat Bürosu tərəfindən hazırlanmış və "Arkadi Karapetyan Hərəkatı" adlandırılmışdı...


A.Karapetyan 1988-ci ildə ABŞ Dövlət Departamentinə göndərdiyi bir hesabatda yazır:"Amerika Birləşmiş Ştatları. Dövlət Departamentində cənab M. Edison və Robert Hansenə. Biz bir qrup cavan uşaqlar hələ məktəb oturacağından başlayaraq

tez-tez Vətənimizin azadlığı, güclü bir erməni dövlətinin yenidən qurulması haqda danışırdıq. Həmin mövzuda qadağan edilmiş ədəbiyyat tapır və oxuyurduq. Bütün bunların təsiri altında 1975-ci ildə mən və dostlarım İrəvanda gizli bir hücrə yaratdıq. Amma çox gənc olduğumuz və nə edəcəyimizi dəqiq bir şəkildə düşünmədiyimiz üçün qrup tez bir zamanda dağıldı. 3-4 il sonra artıq burada -Qarabağda yenidən qrupumuzu meydana çıxarmağa başladıq. Mənimlə yanaşı, "Qəlpə" ləqəbli Aşot Qulyan(hazırda Xankəndindəki qondarma separatçı rejimin qanunsuz "parlament" sədri-S.L.), Telman Babayan, Akop Bağmanyan, Karo və başqaları. Biz ermənilərin diskriminasiyası, tarixi abidələrin qəsdən məhv edilməsi ilə bağlı faktları topladıq. Gənclərimizlə, həmyaşıdlarımızla daha fəal çalışdıq, İrəvan ilə əlaqə qurduq. Akop Xaçatryan , Suren Ayvazyan, Sergey Şahverdiyanla, Zori Balayanla ünsiyyət yaratdıq...”


Beləliklə, 10 ilə yaxın ABŞ kəşfiyyat qurumlarının təlimatları əsasında fəaliyyət göstərən “Arkadi Karapetyan hərəkatı” 1987-ci ildə artıq Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki separatçı erməni hərəkatında və ayrıca Xankəndində 13 fevral 1988-ci ildə keçirilmiş ilk separatçı mitinqin təşkil edilməsində fəal iştirak edir. Və artıq separatçı hərəkat birbaşa hərbi əməliyyatlar mərhələsinə keçdikdən və torpaqlarımız işğal edildikdən sonra digərləri kimi A.Karapetyanın başçılıq etdiyi qrupa da bilavasitə Azərbaycanın nəzarətində olan ərazilərdə, xüsusən paytaxt Bakıda dövlət orqanlarına, ayrı-ayrı tanınmış ziyalılara, qədim türk köklərinə malik məşhur ailələrə qarşı məxfi işlər aparmaq üçün xüsusi tapşırıqlar verilir...


Rövşən Novruzoğlunun tədqiqat əsərində daha sonra deyilir:


“...Hərəkət üzvlərinə xüsusi vəzifələr verildi. Onların hər biri azərbaycanlılar arasında qohumlarını tapmalı və onların köməyi ilə vəzifələri yerinə yetirməli idi. Məsələn, anti-Azərbaycan hərəkatının rəhbəri Arkadi Karapetyana Bakıda, Sumqayıtda və Şamaxı rayonunda onunla qohumluğu olan 75 nəfərlə əlaqə saxlamaq müəssər oldu(Bizdə A.Karapetyan və qrupuna bu işdə xaricdən və ayrıca ABŞ-ın Azərbaycandakı səfirliyindən maliyyə dəstəyi alan qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən də kömək edilməsi haqda məlumatlar var- R.N.). Hərəkatın digər üzvləri də eyni cür hərəkət etdi. “Arkadi Karapetyan Hərəkatı”nın üzvləri 10 il ərzində Azərbaycan ərazisində qohumluq əlaqələrini bərpa etdilər...


Toplanan materiallardan və alınan məlumatlardan məlum olur ki, 1992-ci il yanvarın 10-dan etibarən Azərbaycana bütün sahələrdə zərbələr vurulub; həm iqtisadi, həm siyasi, həm mənəvi-ruhi, həm də ictimai sahələrdə...

Böyük Britaniyanın “MI-6” kəşfiyyat xidmətinin və onun yurisdiksiyasına aid olan iki hərbi-sənaye kompleksinin, həmçinin, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin(rusca abbreviaturası -"SRU", ingiliscə -"CİA") xüsusi layihəsi Azərbaycanın sərhədlərini tam zəiflətdi. Qazax rayonunda zəhər istehsalı üçün bir kimyəvi zavodun təməli qoyuldu. Xarici kəşfiyyat xidmətləri üçün Azərbaycan ən böyük sınaq zonasına çevrildi...


"Əbədi qullar" erməni sektası və "ASALA" terrorçu qrupunun ordu bölməsinin rəhbəri E. Zaxaryan Azərbaycanı xəbərdar edirdi: “ “ASALA” Azərbaycan diplomatları, ictimai və siyasi xadimləri və məşhur ailələrə qarşı bu günədək istifadə edilməyən üsullardan istifadə edəcəyimizə əmindir. Bunun üçün çoxdan hazırlaşmışıq "(Bax: gidapark.ru 05.2002. və 09.05. 2012).


(Davamı var)


Təqdim etdi: Sultan Laçın


Açar sözlər
Sultan Laçın , Zori Balayan , Arkadi Karapetyan , Suren Ayvazyan , Telman Babayan , Robert Hansen , Federal Təhqiqat Bürosu , Abş Dövlət Departamenti , Birləşmiş Ştatları Dövlət Departamenti , Xarici Kəşfiyyat Xidmətləri , Birləşmiş Erməni Fondu , Irəvan , Xankəndi , Şamaxı , Böyük Britaniya , Rusiya , Nyu-York , Qazax , Abş , Qarabağ , Sumqayıt , Bakı , Azərbaycan , Maliyyə Dəstəyi
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər