Bu gecə AvroLiqanın Bakı finalçıları bəlli olacaq - TƏQVİM

Bu gecə AvroLiqanın Bakı finalçıları bəlli olacaq -
TƏQVİM

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.


Moderator.az xəbər verir ki, yarımfinalın iki cavab oyunu ilə Bakıda oynanılacaq finalın iştirakçıları müəyyənləşəcək.


“Arsenal” İspaniyada “Valensiya”nın qonağı olacaq. Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan "topçular" üstünlüyə malikdir.


Digər matçda isə İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda “Ayntraxt”ı qəbul edəcək. Frankfurtdakı görüşdə qeydə alınan 1:1 hesabı "zadəganlar"a nisbətən üstünlük qazandırır.


Xatırladaq ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.



9 may


Avropa Liqası


Yarımfinal, cavab oyunları


23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə)

İlk oyun – 1:3


23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya)

İlk oyun – 1:1

İdman xəbərləri
Moderator.az digər xəbərlər