“BU GÖRÜNTÜLƏR 2011-Cİ İLƏ AİDDİR” –“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi açıqlama yaydı


“BU GÖRÜNTÜLƏR 2011-Cİ İLƏ AİDDİR” –“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi açıqlama yaydı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi şəhər ərazisindəki tikinti ilə bağlı son günlər yayılan xəbər və iddialarla bağlı bu gün açıqlama yayıb.

İdarədən Strateq.az-a verilən məlumata görə, İçərişəhərdə tikinti ilə bağlı dünəndən paylaşılan fotogörüntülər 2011-ci ildə çəkilib: “Həmin görüntülər həqiqətlə tamamilə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir.

İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür.

Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib.

Məsələnin kökündə isə əslində Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnib”.

Məlumatda daha sonra bildirilib ki, “İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görüb: “Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilmiş, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

Hadisə xəbərləri
Strateq.az digər xəbərlər
İsgəndər Həmidov AXC dövrünün cinayətlərindən danışdı:“Bizim hakimiyyətin 6 böyük cinayəti vardı”-VİDEO

İsgəndər Həmidov AXC dövrünün cinayətlərindən danışdı:“Bizim hakimiyyətin 6 böyük cinayəti vardı”-VİDEO

26-04-2019 15:32 - Strateq.az - Siyasət
Onunla çox maraqlı məqamlardan danışmışıq…Əvəz Zeynallı“Azadlıq salnaməsi”İsgəndər Həmidov “Azadlıq salnaməsi”ndə deyir ki:– Korrupsiya cinayəti ancaq hakimiyyətə bağlı cinayətdir, onu vətəndaş edə bilməz– 1990-cı ildən korrupsiya ilə mübarizə aparıram– 1990-cı ilin yanvarına qədər Əbülfəz Elçibəyin tapşırığı ilə kölgədə qalmalı oldum– Ruslar öz səfirliklərini vurmaq istəyirdilər – hərəkatı gözdən salmaq üçün– Yaqub Məmmədovun fərmanı ilə daxili işlər naziri oldum – Əbülfəz bəy əlini masaya vurdu ki, sən daxili işlər naziri olmalısan– Elçibəy hökumətinin ilk naziri mən oldum– İxtiyar Şirini respublika prokuroru, Dadaş Rzayevi isə müdafiə naziri qoyanda nəinki etiraz eləmişəm, hətta yazılı Əbülfəz bəyə müraciət eləmişəm – onların əleyhinə– Hacı Əbdül süpürgə götürüb Meydanı süpürürdü– AXC-dən hakimiyyətdə iki nəfər vardı – biri Əbülfəz Elçibəy idi, biri mən– Yatsam, yuxuma girməzdi daxili işlər naziri olacağam– Bakatinə salam vermədim ki, əlin mənim xalqımın qanına batıb– Məni mühakimə edən hakim dedi ki, sənə iş verəcəm və çox iş verəcəm, amma çalışacam ki, güllə olmasın – mən də güldüm– Mədət Quliyevi işə mən götürmüşəm– Eldar Həsənovu Gəncədə işdən mən çıxardım.