Bu gün Bakıda musiqili atəşfəşanlıq olacaq

Bu gün Bakıda musiqili atəşfəşanlıq olacaq

Bu gün Heydər Əliyev Mərkəzinin parkında Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq keçiriləcək.

Konsert proqramında "Rast” qrupu və Rusiyanın "S-brothers-S” qrupu çıxış edəcək.

Konsertin sonunda isə musiqili atəşfəşanlıq olacaq. Pirotexniki şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında nümayiş olunacaq.

www.anews.az

loading...

Mədəniyyət xəbərləri
Anews.az digər xəbərlər