Bu gün görkəmli bəstəkarın doğum günüdür


Bu gün görkəmli bəstəkarın doğum günüdür

Bu gün bəstəkar, pedaqoq Soltan Hacıbəyovun doğum günüdür.

Cebhe.info xəbər verir ki, S.Hacıbəyov 8 may 1919-cu ildə anadan olub. O, məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin qardaşı oğludur.

S.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllim, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub.

1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova "Kəminə və Qazı" operasını yazmağı sifariş edir. Həmin əsərin simfonik parçası olan "Karvan" "Şur" muğamı üzərində bəstələnib. 1950–ci illərin ən məşhur əsərlərindən biri də onun simfonik orkestr üçün yazılmış "Uvertüra”sıdır.

Əhməd
Cebhe.info


Oxunma sayı: 89