Bu gün işıq fasilələrlə veriləcək

Bu gün işıq fasilələrlə veriləcək

Bu gün saat 11:00-dan 15:00-a qədər Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki yaşayış binalarına, Yeni Müşviq massivindəki həyət evlərinə, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr olacaq. 

“Azərişıq” ASC-dən "Yeni Sabah"a verilən məlumata görə, buna səbəb 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləridir. 

"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib. 

Yenisabah.az
İqtisadiyyat xəbərləri
Xətaidə qeyri-qanuni tikinti işləri dayandırılıb

Xətaidə qeyri-qanuni tikinti işləri dayandırılıb

26-04-2019 22:33 - Yenisabah.az - İqtisadiyyat
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırıb. Bu barədə “Yeni Sabah”a Komitədən bildirilib. Məlumata görə, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin mart ayında həmin ərazidə çoxmərtəbəli yaşayış binasının “Azenne Group” MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmamış və həmin binanın tikintisinə icazə verilməyib. Bununla əlaqədar, Komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanıb. “Azenne Group” MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir.
Yenisabah.az digər xəbərlər