Bu gün qaydasız döyüşçü Nəriman Abbasov Moskvada rinqə çıxacaq - VİDEO

Bu gün Azərbaycan qaydasız döyüşçüsü Nəriman Abbasov Rusiyada keçiriləcək "Fight Nights Global 93" turnirində rinqə çıxacaq.
"Report" xəbər verir ki, 70,3 kq çəki dərəcəsində çıxış edən Nəriman Abbasov Moskva vilayətinin Mıtişi şəhərində baş tutacaq döyüşdə qazaxıstanlı rəqibi Kuat Həmidovla qarşılaşacaq.
Aprelin 25-də döyüşdən əvvəl rəqiblər arasında baxış dueli olub.
View this post on InstagramA post shared by FIGHT NIGHTS GLOBAL - ММА (@fightnights) on Apr 25, 2019 at 11:27am PDT