Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir

Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 26-da keçirilən iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Adıçəkilən qanuna dəyişiklik "Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsilə real rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.

Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.

Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək. Bu halda da dövlət rüsumu tətbiq olunmayacaq.Qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib. (Oxu.az)


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

İqtisadiyyat xəbərləri
Xətaidə qeyri-qanuni tikinti işləri dayandırılıb

Xətaidə qeyri-qanuni tikinti işləri dayandırılıb

26-04-2019 22:33 - Yenisabah.az - İqtisadiyyat
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırıb. Bu barədə “Yeni Sabah”a Komitədən bildirilib. Məlumata görə, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin mart ayında həmin ərazidə çoxmərtəbəli yaşayış binasının “Azenne Group” MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmamış və həmin binanın tikintisinə icazə verilməyib. Bununla əlaqədar, Komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanıb. “Azenne Group” MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir.
Xeberle.com digər xəbərlər