Bu il məcburi köçkünlər üçün 6 min mənzil tikiləcək

Bu il məcburi köçkünlər üçün 6 min mənzil tikiləcək

Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir.

"Ölkə.Az"ın məlumatına görə, bunu prezident İlham Əliyev Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşü zamanı deyib.

Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzilin inşa edildiyini bildirən dövlət başçısı deyib ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır.

Siyasət xəbərləri
Prezidentin 11 ayda gördüyü işlər: Noyabr

Prezidentin 11 ayda gördüyü işlər: Noyabr

05-04-2019 15:30 - Oxu.az - Siyasət
Belə ki, sərəncamlara uyğun olaraq, - Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına 2,5 milyon manat;- Ağdam rayonunda erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 121 fərdi yaşayış evinin bərpasına 3 milyon manat;- Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisinə 1 milyon manat;- İsmayıllının Basqal qəsəbəsində 432 şagird yerlik yeni ümumtəhsil məktəbinə 1 milyon manat;- Bərdə şəhərində Tərtər çayı üzərində körpünün tikintisinə 4 milyon manat;- Cəlilabad–Yardımlı avtomobil yolunun bərpasına 4,988 milyon manat;- Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat;- Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat;- Sumqayıtda 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisinə 1 milyon manat;- Sumqayıtda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə və abadlıq-quruculuq işlərinə 5 milyon manat;- Yardımlıda 15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 9 milyon manat;- Zaqatalada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 11 milyon manat;- “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarının təmirinə 12 milyon manat ayrılıb. Səfər çərçivəsində Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun, Muğam Mərkəzində, “Azərxalça”nın Ağdam filialının açılışlarında iştirak edib, bundan başqa, Ağcabədinin Hindarx qəsəbəsində pambıq sahəsinə baxış keçirib, Qarabağ Atçılıq Kompleksində yaradılan şəraitlə tanış olub.
Olke.az digər xəbərlər