Bu il Ukrayna silahlanmasına 20 yeni silah daxil olacaq

Bu il Ukrayna silahlanmasına 20 yeni silah daxil olacaq
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın cari il üçün müdafiə satınalmaları proqramında bildirilib.

Ölkənin Müdafiə naziri Stepan Poltorak bildirib ki, bu ilin satınalma proqramı olduqca optimistdir və daha əvvəl Ukrayna SQ-nin sahib olmadığı yeni silahlar təmin ediləcək.

“Bu, ona işarədir ki, biz irəliyə addımlayır və dayanmırıq”, - deyə o bildirib.

Yeni silahlar üçün Türkiyə, İsrail və ABŞ-la danışıqlar aparıldığı qeyd edilib. Bundan əlavə, Müdafiə Nazirliyinin büdcəsinin 12%, müdafiə sənayesindəki işçilərin sayının 25%, onların maaşlarının isə ortalama 350% artdığı bildirilib.

Sevinc Əliyeva

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər