Bu ilin 3 ayında Azərbaycanda 8 nəfər istehsalat qəzasında ölüb

 Bu ilin 3 ayında Azərbaycanda 8 nəfər istehsalat qəzasında ölüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycanda 2019-cu ilin birinci rübündə istehsalatla əlaqəli 42 bədbəxt hadisənin tədqiqatını aparıb.

ONA-nın xəbərinə görə, bu barədə Bakının Nərimanov rayonunda “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları” mövzularında maarifləndirici tədbirdə bildirilib.

Qeyd olunub ki, bu hadisələr nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılmış təhqiqat işlərinin nəticələrinə uyğun tədbirlərin görülməsi təmin edilib.

Tədbirdə vurğulanıb ki, hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.

Hadisə xəbərləri
Ona.az digər xəbərlər