Bu ilin birinci rübündə ilkin əlillik təyinatları 49% azalıb

Bu ilin birinci rübündə ilkin əlillik təyinatları 49% azalıb
© Report

Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən görülən tədbirlər cari ilin birinci rübündə də ilkin əlillik təyinatlarının sayında ciddi şəkildə azalmaya səbəb olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, 2019-cu ilin yanvar-mart aylarında Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ilkin əlillik təyin olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% azalmaqla 5310 nəfər təşkil edib.

O cümlədən ilkin olaraq I dərəcə əlillik təyinatı 2018-ci ilin I rübünə nisbətən 3 dəfə, II dərəcə əlillik təyinatı 3 dəfəyə yaxın, III dərəcə əlillik təyinatı 26%, sağlamlıq imkanlarının məhdudluğunun təyinatı 34% azalıb.

Dərəcə 2019-cu ilin I rübündə ilkin əlillik təyin olunanlar (nəfər) 2018-ci ilin I rübü ilə müqayisədə azalma I dərəcə 531 66%▼ II dərəcə 2248 57%▼ III dərəcə 1078 26%▼ Sağlamlıq imkanları məhdudluğun təyinatı 1453 34%▼ CƏMİ 5310 49%▼

Nazirlik bildirir ki, əlilliyin dinamikasında özünü göstərən azalma tempi əlillik təyinatlarının aparılmasında inzibatçılığın təkmilləşdirilməsi və struktur dəyişiklikləri, əsassız göndərişlər üzrə aparılmış əlillik təyinatlarının müəyyənləşdirilərək ləğv edilməsi, ümumən bu sahədə ciddi nəzarət tədbirlərinin müsbət nəticəsidir.

İqtisadiyyat xəbərləri
Torpaq kadastr məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

Torpaq kadastr məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

26-04-2019 15:48 - Xeberle.com - İqtisadiyyat


Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Xeberle.com-un məlumatına görə, qanuna dəyişiklik "Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsiləreal rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.
Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.
 Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək.
Report.az digər xəbərlər