“Bu ölkə ABŞ-ın regiondakı maraqlarına ciddi zərbə vurmağa qadirdir”

“Bu ölkə ABŞ-ın regiondakı maraqlarına ciddi zərbə vurmağa qadirdir”

Son vaxtlar ABŞ-ın İranfaktoruna görə bölgəyə əlavə hərbi qüvvələr, raket sistemləri və aviasiyaqrupları göndərəcəyi ilə bağlı məlumatlar yayılmaqdadır.

ABŞ-ın regiona əlavə hərbiqüvvələr cəlb etməsi yaxın gələcəkdə İranla bu ölkə arasında real hərbiqarşıdurmaya səbəb ola bilərmi? Yoxsa bütün bunlar rəsmi Vaşinqtonun Tehranayönəlik psixoloji həmləsindən başqa bir şey deyil?

Moderator.az-a açıqlamaverən politoloq Natiq Miri yaxın gələcəkdə belə bir hərbi qarşıdurmanın baş verəcəyinəinanmadığını vurğuladı:

“ABŞ İranla hərbi münaqişəyəgirməyə planlaşdırmır. ABŞ-ın belə bir istəyi yoxdur. Çünki bu, ABŞ və onunbölgədəki strateji müttəfiqi olan ölkələrə, eləcə də də İsrailə, Səudiyyə Ərəbistanına,Bəhrəynə və s. kimi ölkələrə baha başa gələ bilər. ABŞ bunu anlayır.

ABŞ-ın təyyarə gəmisi vəaviasiya qüvvələrini bölgəyə göndərməsi müharibə hazırlığı demək deyil. Bu, sadəcəolaraq İrana yönəlik bir mesajdır. ABŞbu mesajla bildirmək istəyir ki, ABŞ regionda özünün və müttəfiqlərinin maraqlaırnıqorumaqda maraqlıdır.

ABŞ anlayır ki, belə birmüharibə maliyyə baxımından da ona baha başa otura bilər. Çünki İran sıradanbir ölkə deyil. İran ABŞ Yaxın Şərqdəki bütün geosiyasi maraqlarına ciddi zərbəvura biləcək bir ölkədir. Odur ki, gərginlik davam etsə də yaxın gələcəkdə tərəflərarasında birbaşa hərbi qarşıdurmanın baş verəcəyini düşünmürəm”.

Seymur ƏLİYEV

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər