Bu ölkədə uçan taksi sınaqdan keçiriləcək

Sinqapur Mülki
Aviasiya İdarəsi (CAAS) 2019-cu ildə hava taksisini sınaqdan keçirməyi
planlaşdırır.
BakuPost.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə,
hava taksisi avtomobil ölçüsündə kiçik uçan aparat formasında hazırlanıb. Hava
nəqliyyatı saatda 160 km-dən çox məsafə qət edə biləcək.