Bu qəsəbədə yaşayan məcburi köçkünlərə ŞAD XƏBƏR - Bir aya...

Bu qəsəbədə yaşayan məcburi köçkünlərə ŞAD XƏBƏR - Bir aya...

Yaxın bir ay və ya ay yarımdan sonra Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər müasir mənzillərlə təmin ediləcək.

Publika.az xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri. Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

"Qaçqımkom" sədri paytaxtın bir sıra rayonlarında yaşayan məcburi köçkünlərinin mənzil şəraiti ilə bağlı yaxın zamanda addımlar atılacağını bildirib:

“1.5 ildən sonra Bakının bir neçə rayonundakı bütün məcburi köçkünlər müasir şəraitli mənzillərə köçürüləcəklər. Ali rəhbərliyin bir sıra məsələlərlə bağlı tapşırıqları da var. Onların da həlli yaxın zamanda gözlənilir”.

R.Rzayev qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində iş aparıldığını deyib:

"Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük dəstək var. Eyni zamanda, bu məsələ Birinci Vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətindədir. Komitə verilən tapşırıqlara uyğun olaraq fəaliyyət göstərir", deyə sədr bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Siyasət xəbərləri
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

10-05-2019 10:11 - Publika.az - Siyasət
Fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirməkdir.



Həmçinin Fond yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərir, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək edir, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərir.
Metbuat.az digər xəbərlər