Bu qidalar xərçəng hüceyrələrinin ən güclü düşmənidir - SİYAHI

Bu qidalar xərçəng hüceyrələrinin ən güclü düşmənidir - SİYAHI

Dövrümüzün ən qorxunc xəstəliklərin biri də xərçəngdir.


AZXEBER.COM ölkə.az-a istinadən bildirir ki, xərçəngin qarşısını almaq üçün ana təbiət bizə bəzi çarələr təqdim edir. Xərçəng hüceyrələrinin əsas düşməni olan qidaların siyahısını oxucularımızla bölüşürük.


1.Spirulina yosunu


Tərkibi B, E, K vitaminləri və beta karotenlə zəngindir. Tərkibində olan dəmir və maqnezium əsasən döş xərçəngi hüceyrələrinin inkişafının qarşısını alır.


2.Sarıkök


Sarıkök təbiətdə olan ən güclü anti-oksidant sayılan maddə ilə zəngindir. Sarıkök anti-inflamatuvar təsiri ilə xərçəng hüceyrələrinin qarşısını alır.


3.Yaşıl çay


Yaşıl çay damar sistemi hüceyrələrinə təsir edir, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.


4.Üzüm


Üzümün tərkibi anti-oksidantla zəngindir. Xüsusən də bağırsaq xərçəngi hüceyrələrinin inkişafının qarşısını alır.


5.Sarımsaq


Sarımsağa qoxu və dad verən alisin maddəsi dünyanın ən güclü anti-oksidantıdır.


6.Turp


Brokoli, kahı, turp kimi tərəvəzlər orqanizmdə həzm olanda xərçəng hüceyrələri ilə mübarizə aparır. Eyni zamanda bu qidalar vitamin və minerallarla da zəngindirlər.


7.Pomidor


Pomidorun tərkibindəki lekopen maddəsi xərçənglə mübarizə aparır.


8.Göbələk


Xərçəngə qarşı təsiri olan 50-dən çox göbələk növü aşkar edilib. Qeyd etmək lazımdır ki, tibb elmində 5000 ildən çoxdur ki, göbələkdən istifadə edilir.


9.Zəncəfil


Zəncəfilin də anti-inflamatuvar təsiri var və xərçəng hüceyrələrini azaldır.

İKT xəbərləri
Azxeber.com digər xəbərlər