Bu qidaları əsla çörəklə YEMƏK OLMAZ

Bu qidaları əsla çörəklə YEMƏK OLMAZ

Nədənsə ölkəmizdə demək olar ki, bütün yeməkləri çörəklə yemək qəbul olunub.


Çəkimizə nəzarət etsək və dəqiq kalori hesablamaları aparsaq da, sağlamlığımız üçün çörəkdən səmərəli şəkildə istifadə etməyi öyrənməmişik. Əksinə nənə və babalarımız çörəyi mürəbbə, kartof və sair yeməklərlə birlikdə yeməyi öyrədib.


Müharibə dövründə və çətin şərtlərdə yaşadıqlarını nəzərə alaraq yaşlı nəsli başa düşmək olar. Bir vaxtlar insanlar çörəyi çox çətinliklər əldə edirdi, "Şərikli çörək" filmini xatırlayaq. Amma bu gün çörəyin həddən artıq istifadəsi bir çox xəstəliklərə yol açır.


AZXEBER.COM publika.az-a istinadən xəbər verir ki, alimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, ağ əla növ unundan hazırlanmış çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz.


Tədqiqatlar nəticəsində məlum olub ki, ağ çörək yeyən insanlar artıq çəki problemləri ilə yanaşı, diabet və ürək-damar xəstəliklərinə qarşı meyilli olur. Bu səbəbdən çörəyin sağlamlıq üçün zərərli və ya rasiona daxil etmək lazım olduğunu araşdırmağa dəyər. Tərkibindən və hazırlanma texnologiyasından asılı olaraq çörək həzm sisteminə həm ziyan vura, həm də onu sürətləndirə bilər.


Son bir neçə ildə mayasız çörək böyük tələbata malikdir, belə ki, o, maya əlavə edilmədən hazırlanır və maddələr mübadiləsini yaxşılaşdırır. Maya ilə bişirilən çörək barədə eyni fikri demək olmaz. Onun istifadəsi həddən artıq disbakterioz (İnsan orqanizminin mikrob disbalansının pozulması disbakterioz xəstəliyinə səbəb olur.) və ya köp yarada bilər.


Faydalı çörək növü - çovdar çörəyidir. Çovdar çörəyinin tərkibində insana xüsusilə payızda və qışda lazım olan vitaminlər var. Lakin qastrit, mədə xorası, mədə qıcqırması olan insanlara çovdar çörəyi yemək olmaz. Qalan bütün hallarda yemək olar, hətta ciddi pəhriz müddətində. Bununla belə faydalı çovdar çörəyini bəzi ərzaq məhsulları ilə birlikdə yemək zərərlidir. Bu, xoşagəlməz nəticələrə səbəb ola bilər.


Hansı ərzaqlarla çörək yemək olmaz?


Meyvə salatı


Bu yemək yüngül tərkibdən ibarət deyil, böyük miqdarda şəkər və sellüloza çörəklə birləşərək mədə qıcqırmasına çevrilir.


Kələm turşusu


Kələm turşusunu çörəklə yemək olduqca ziyandır, bu məhsulların vəhdəti mədə qıcqırması və qarın köpü yaradır. Ümumiyyətlə, dietoloqlar hər hansı turşu ilə çörək yeməyi məsləhət görmür.


Mürəbbə


Amerikasayağı səhər yeməyi: qızarmış çörək və mürəbbə. Bəli, onların birləşməsi çox ləzzətli ola bilər, amma bu, faydalı deyil. Uzun müddət belə səhər yeməyi və ya qəlyanaltı toxluq hissi vermir, üstəlik mədə problemləri ilə artıq çəkiyə zəmanət verir.


Göbələk


Göbələk özlüyündə asan həzm olunmayan ağır yeməkdir. Dietoloqlar əbəs yerə 14 yaşadək olan uşaqlara bu məhsulu qadağan etmir. Belə ağır yeməyin öhdəsindən gəlmək sadəcə uşaq üçün deyil, böyüklər üçün çətindir. Buraya ağ və sevdiyiniz çörəyi əlavə etsəniz, yeməyin həzm daha da çətin olacaq.


Yağlı yeməklər


Ağ çörək həzm proseslərini çətinləşdirir, odur ki, ət, balıq və toyuq kimi yağlı yeməkləri qara çörəklə yemək tövsiyə edilir. Sağlam qidalanma mütəxəssisləri iddia edir ki, əti qara çörəklə yemək onun daha yaxşı həzm olunmasına və əmilməsinə kömək olur.


Çörəyi həm tək yemək, həm də tərəvəz və göyərti ilə birləşdirmək olar. Çörəyi çox sevirsinizsə, onu evdə mayasız hazırlanmış çörəklə dəyişməyə dəyər.

Mədəniyyət xəbərləri
Leyla Əliyeva intihar edən Elinaya şeir həsr edib

Leyla Əliyeva intihar edən Elinaya şeir həsr edib

14-04-2019 11:27 - Minval.info - Mədəniyyət
Həmin şeiri və onun sətri tərcüməsini təqdim edirik: Не убивай себя… постой, не надо! Не убивай себя! Прошу, мой друг! Жизнь ведь и есть ценнейшая награда! Услышь же каждого, не слушая вокруг! Услышь же суть, а не слова пустые, Хотя есть доля правды даже в них! Пусть люди к боли и слезам глухие…_ И даже души делят на чужих! И даже если кажется, что сложно…_ Знай правда… правда лучше говорит! Ее под речью-маской прячем ложно! Но мысль громче молнии звучит! Несправедливо поступают страхи И убивают время насовсем! Оно сгорит, поймете только в прахе, Что время ценное дано, не всем! И драгоценней времени не будет, Люби его под музыку ветров! Простит за все, простит и не осудит! Ты только попроси без лживых слов! Душа, что потерялась меж мирами, Не обретет обещанный покой! Не убивай себя… излечим раны И посмеемся вдоволь над тоской! Не убивай себя… раз есть уж силы Так смело и безумно поступить! Тогда найди в себе чуть силы, Чтоб эту жизнь бесценную прожить Hərfi tərcüməsi: Özünü öldürmə…dayan, eləmə! Özünü öldürmə, lütfən, dostum! Axı, həyat çox qiymətli hədiyyədir, Ətrafını eşitmədən, duy hər kəsi! Mənanı anla, boş sözlərdən uzaq ol, Onlarda doğrudan pay olsa belə! Lap insanlar acını, göz yaşını görməsin, Ruhlarını başqaları ilə bölüşsün.
Leyla Əliyeva intihar edən Elinaya şeir yazdı

Leyla Əliyeva intihar edən Elinaya şeir yazdı

14-04-2019 10:36 - Qaynarinfo.az - Mədəniyyət
Не убивай себя… постой, не надо! Не убивай себя! Прошу, мой друг! Жизнь ведь и есть ценнейшая награда! Услышь же каждого, не слушая вокруг! Услышь же суть, а не слова пустые, Хотя есть доля правды даже в них! Пусть люди к боли и слезам глухие…_ И даже души делят на чужих! И даже если кажется, что сложно…_ Знай правда… правда лучше говорит! Ее под речью-маской прячем ложно! Но мысль громче молнии звучит! Несправедливо поступают страхи И убивают время насовсем! Оно сгорит, поймете только в прахе, Что время ценное дано, не всем! И драгоценней времени не будет, Люби его под музыку ветров! Простит за все, простит и не осудит! Ты только попроси без лживых слов! Душа, что потерялась меж мирами, Не обретет обещанный покой! Не убивай себя… излечим раны И посмеемся вдоволь над тоской! Не убивай себя… раз есть уж силы Так смело и безумно поступить! Тогда найди в себе чуть силы, Чтоб эту жизнь бесценную прожить Hərfi tərcüməsi: Özünü öldürmə…dayan, eləmə! Özünü öldürmə, lütfən, dostum! Axı, həyat çox qiymətli hədiyyədir, Ətrafını eşitmədən, duy hər kəsi! Mənanı anla, boş sözlərdən uzaq ol, Onlarda doğrudan pay olsa belə! Lap insanlar acını, göz yaşını görməsin, Ruhlarını başqaları ilə bölüşsün.
Azxeber.com digər xəbərlər