“Bu sərəncam bütün veteranların sevincinə səbəb olub”

“Bu sərəncam bütün veteranların sevincinə səbəb olub”

Cəlil Xəlilov: “Onlar təşkilatımıza zəng edərək sevinclərini bölüşür, ölkə başçısına təşəkkürlərini bildirirlər”

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsindəiştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dularvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltifedilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncamimzalayıb.Sərəncama görə, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsindəiştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfatetmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinəgörə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxahüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun vədonanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrinişçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilətəltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına500 manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək.

Moderator.az-a açıqlamasında ölkə başçısınınməlum sərəncamını şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini,polkovnik Cəlil Xəlilov ölkə başçısının bu qərarının bütün veteranlar vəonların ailə üzvləri tərəfindən sevinclə qarşılandığını vurğuladı:

Ölkəbaşçısının bu sərəncamını dövlətimizin müharibə veteranlarına diqqət vəqayğısının bariz nümunəsi kimi qiymətləndiririk. Ölkə başçısı prezidentseçildiyi dövrdən etibarən hər zaman veteranlara, müharibə əlillərinə, arxa cəbhədəfədakar əməyi ilə fərqlənən insanlara qayğı ilə yanaşıb. Bu gün də faşizm üzərindəqələbənin 74-cü ildönümü ərəfəsində hər kəsin ürəyincə olan belə bir sərəncam imzaladı.

Sərəncamda Böyük Vətən Müharibəsi iştirakçılarına 1000 manat, onlarındul qadınlarına, arxa cəbhə iştirakçılarına, Leninqrad blokadasının müdafiəsindəiştirak edən şəxslərə 500 manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur.Bu isə insanların böyük sevincinə səbəb olub. Onlar bizim təşkilata zəng edərəköz sevinclərini bölüşür, ölkə başçısına öz təşəkkürlərini bildirirlər. Bizim RəyasətHeyəti bu gün bütün veteranlar adından Azərbaycan Respublikasının prezidentinəmüraciət göndərdi. Təşkilatınız ölkə başçısına veteranlara göstərdiyi diqqət vəqayğıya görə öz minnətdarlığını bildirdi.

Prezidentin diqqət və qayğısını veteranlar daim öz üzərlərində hissedirlər. Onlara bütün lazımi şərait yaradılıb. Böyük Vətən Mühariubəsi iştirakçılaırnınhamısı mənzil və avtomobillə təmin olunublar. Reabilitasiya mərkəzlərində onlarüçün bütün lazımi şərait mövcuddur. Yerli orqanlar, eləcə də Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi həmişə bu insanları diqqət mərkəzində saxlayıb.

Biz bir daha ölkə başçısına bu sərəncama görə bütün veteranlaradından təşəkkür edir, ona öz dərin minnətdarlığımızı bildiririk”.

Seymur ƏLİYEV

Açar sözlər
Ilham Əliyev , Seymur Əliyev , Azərbaycan Respublikası
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər