Bu şəxslərin maaşları artırıldı

Bu şəxslərin maaşları artırıldı

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və direktor müavinlərinin aylıq vəzifə maaşı artırılıb.

Ann.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

İndiyə qədər bu ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat, direktor müavinlərinin 482 aylıq vəzifə maaşı manat olub. Dəyişikliyə əsasən, direktorların aylıq vəzifə maaşı 587 manata qaldırılıb. Direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.

Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

İqtisadiyyat xəbərləri
Ann.az digər xəbərlər
Prezident Təşkilat Komitəsi yaratdı

Prezident Təşkilat Komitəsi yaratdı

11-04-2019 16:29 - Ann.az - Siyasət
"Dünya dini liderlərinin II Bakı sammiti”nin 2019-cu il 14-15 noyabr tarixlərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:Təşkilat Komitəsinin sədriƏli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müaviniTəşkilat Komitəsinin üzvləriŞeyxülislam Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin sədriZeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiriƏli Həsənov - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiriEtibar Nəcəfov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiriSamir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziriƏbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziriMübariz Qurbanlı - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriVüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisiÜlvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədriRamiz Həsənov - Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniİsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentiSiyavuş Novruzov - Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədriAslan Aslanov - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədriRövşən Məmmədov - "Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müaviniİsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədriAleksandr İşein - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopuMilix Yevdayev - Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədriSalman Musayev - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müaviniVasim Məmmədəliyev - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri.2.