Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək -

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək -

Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Qərara dəyişiklik edib.

Teleqraf.com-un məlumatına görə, Nazirlər Kabinetindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərara verilən izahda qeyd edilib ki, koronavirus (COVID-19)” pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarı qəbul edilib. Qərara əsasən təhsil müəssisələrində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımilləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.

“Koronavirus (COVID-19)” pandemiyasının 2021-ci ilin birinci yarımilliyində davam etməsi və bu dövrdə xüsusi karantin rejimi qaydalarının bu və ya digər formada tətbiq olunması sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsini zəruri edir.

Qeyd olunanları nəzərə alaraq 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunub.

Açar sözlər
Nazirlər Kabineti , Azərbaycan Respublikası Nazirlər Kabineti , Azərbaycan Respublikası , Koronavirus , Covid-19
İqtisadiyyat xəbərləri
Ələt azad iqtisadi zonası ilə bağlı qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib

Ələt azad iqtisadi zonası ilə bağlı qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib

04-05-2021 13:05 - Milli.az - İqtisadiyyat
Bununla da Azad Zona rezidenti sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərlə məhdudlaşdırılacaq; - cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin (hazırda Ələt Azad Zonasında yalnız Azərbaycan Respublikasının cinayət qanunvericiliyi tətbiq edilir) Azad zonada tətbiq edilməsi; - Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi (buraya öz adından hüquqlar əldə etmək, öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək hüquqları aiddir); - Azad Zonada vergitutma məsələlərinin dəqiqləşdirilməsi (buraya vergidən azad olunan subyektlərin dairəsinin məhdudlaşdırılması, işçilərdən vergi tutmanı tənzimləmək üçün daxili qaydaların qəbul edilməsi, əsas iqtisadiyyatla vergi münasibətlərinin tənzimlənməsi, ödəmə mənbəyində verginin tutulmaması və sair aiddir); - Azad Zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyi (Azad zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla) tətbiq ediləcək; - Gömrük işi ilə bağlı dəyişikliklər Azad zonanın fəaliyyətə başlaması zamanı gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması məqsədi daşıyır.
Teleqraf.com digər xəbərlər
Ələt Azad İqtisadi Zonası gələn il fəaliyyətə başlayacaq

Ələt Azad İqtisadi Zonası gələn il fəaliyyətə başlayacaq

04-05-2021 13:29 - Teleqraf.com - İqtisadiyyat
Bununla da Azad Zona rezidenti sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərlə məhdudlaşdırılacaq; - Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin (hazırda Ələt Azad Zonasında yalnız Azərbaycan Respublikasının cinayət qanunvericiliyi tətbiq edilir) Azad zonada tətbiq edilməsi; - Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi (buraya öz adından hüquqlar əldə etmək, öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək hüquqları aiddir); - Azad Zonada vergitutma məsələlərinin dəqiqləşdirilməsi (buraya vergidən azad olunan subyektlərin dairəsinin məhdudlaşdırılması, işçilərdən vergi tutmanı tənzimləmək üçün daxili qaydaların qəbul edilməsi, əsas iqtisadiyyatla vergi münasibətlərinin tənzimlənməsi, ödəmə mənbəyində verginin tutulmaması və sair aiddir); - Azad Zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyi (Azad zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla) tətbiq ediləcək; - Gömrük işi ilə bağlı dəyişikliklər Azad Zonanın fəaliyyətə başlaması zamanı gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması məqsədi daşıyır.