"Bu təxribatçılar dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır"

"Bu təxribatçılar dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır"

Türkiyədə yaşayan azərbaycanlı məşhur iş adamı Mübariz Mənsimov son zamanlar yenidən media və sosial şəbəkələrin diqqət mərkəzinə düşüb. Son iki gündə sosial şəbəkələrdə həmyerlimizin Azərbaycanda prezidentliyə namizəd olmasına dair çağırışlar yer alır.


Mübariz Mənsim özü barəsində yayılan bu cür çağırışların təxribat olduğunu deyib.


İş adamı özünün sosial şəbəkədəki hesabında açıqlama yayıb:


Son günlər sosial mediada əslində xoş niyyətə söykənməyən paylaşımlar diqqətimi çəkib. Xüsusilə, trol hesablar və səhifələr tərəfindən məqsədyönümlü paylaşıldığı şübhə doğurmayan bu qeydlərdə mənim prezidentliyə namizəd olmağıma çağırışlar səslənir. Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur.


O çağırışlara xoş niyyətlə reaksiya verən sadə həmvətənlilərimə isə demək istəyirəm ki, gördüyüm bütün işlər inslarımız və dövlətimiz üçün etmişəm.Ona görə də bu tipli təxribatlara uymamağa çağırıram. Bunu edənlər uzun zamandır ki, mənə qarşı “qara piar” aparan qrupdur. Bu qrup ucuz piara əl atmazdan əvvəl dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır. “Palmali”ni böyütməkdən, gücləndirməkdən başqa bir iddiam yoxdur. Bəziləri kimi arxadan oyun oynamıram.


Mən demişəm. İndi də deyirəm ki, iş adamı siyasətçi ola bilməz. Siyasətçi də iş adamı ola bilməz. Bunlar ikisi də bir -birinə ziddir. İş adamının borcu dövlətinin yanında olmaqdır.

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər