Bu toyuq ətini ƏSLA ALMAYIN - Çünki...

Bu toyuq ətini ƏSLA ALMAYIN - Çünki...

Day.Az представляет новость на азербайджанском языке

Açıq şəkildə satılan toyuq ətini almaq tövsiyə edilmir.

Bu gün bəzi market və bazarlarda üzərində hansısa istehsalçıya aid olduğu göstərilməyən toyuq əti satılır. Hissələr şəklində, kiloqramla satılan bu toyuqların haradan gətirildiyi, hansı şəraitdə saxlanıldığı və kəsildiyi barədə nəinki alıcıların, hətta satıcıların da məlumatı olmur.

Mənşəyi bəlli olmayan toyuq ətinin satışı ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən mütəmadi olaraq monitorinqlər aparılsa da, həmin məhsullara rast gəlmək mümkündür.

Maraqlıdır, vətəndaşlar toyuq ətini alarkən nələrə diqqət etməlidir?

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva Redaktor.az-a açıqlamasında bildirir ki, istehlakçılar toyuğun xarici görünüşünə mütləq diqqət etməlidir:

"Sağlam cəmdəyin yuvarlaq döş qəfəsi olur, sümük tili ayrılmır. Təzə toyuq əti öz formasını saxlamalıdır. Bunu yoxlamaq üçün alıcılar barmaqları ilə toyuq ətini zəif sıxa bilərlər. Yumşaq bir sahəyə basarkən, təzə ət şəklini tez bərpa edir. Köhnə ət olanda boşluqvari çala qalır. İstehlakçılara həmin toyuq ətini almaq tövsiyə olunmur. Həmçinin, sağlam toyuq dərisi quru və təmiz olmalıdır. Onun yapışqan və sürüşkən olması köhnə olduğu anlamına gəlir.

Toyuq əti seçərkən qablaşdırmada heç bir zədə olmamalıdır. Qabın daxilində çəhrayı buz kristalları olmamalıdır. Əgər varsa, deməli toyuq dondurulub və yenidən donu açılıb. Ümumiyyətlə, açıq şəkildə satılan toyuq ətini almaq tövsiyə edilmir. Məhsulun üzərində mütləq istehsal tarixi və saxlama müddəti qeyd olunmalıdır".

Qurum rəsmisi onu da qeyd edib ki, vətəndaşlar toyuq kəsimi sexlərinin qanunsuz fəaliyyəti ilə bağlı məlumatlı olduqda, Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib, məlumat verə bilərlər.

İqtisadiyyat xəbərləri
Məmurlar qısa vaxtda oliqarxa necə çevrilir? - “Maaş”la yığılan sərvət...

Məmurlar qısa vaxtda oliqarxa necə çevrilir? - “Maaş”la yığılan sərvət...

18-04-2019 08:48 - Dia.az - İqtisadiyyat
Azərbaycan məmurlarının aylıq rəsmi gəlirlərinə nəzər salaq:Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci ildə imzaladığı "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında" Sərəncamına əsasən, Nazirlərin, Komitə sədrlərinin və İcra başçılarının aylıq maaşı və bu maaşın 25 faizi həddində əlavə pul təminatı aşağıdakı kimi müəyyən edilib:- Baş nazir - 2460 + 610= cəmi 3 075 manat- Baş nazirin birinci müavini - 2160 + 540= cəmi 2 700 manat- Baş nazirin müavini - 2060 + 515 = cəmi 2 575 manat- Nazir və Komitə sədri - 1925 + 481,25 = cəmi 2 406,25 manat- Bakı şəhər İcra Hakimiyyətinin başçısı - 1925 + 481,25 = 2 406,25 manat- Gəncə və Sumqayıt şəhərlərinin İcra Hakimiyyətinin başçısı - 1280 + 320 = cəmi 1 600 manat- 100 mindən çox əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 1045 + 261,25 = cəmi 1 306,25 manat- 50-100 min əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 990 + 247,5 = cəmi 1 237,5 manat- 50 min nəfərədək əhalisi olan rayonlarda İcra Hakimiyyətinin başçısı - 880 + 220 = cəmi 1100 manatMaraqlıdır, məmurlar bu qədər maaş müqabilində milyonlarla, bəzi hallarda milyardlarla ölçülən sərvətləri necə əldə edirlər? Bu “bulağın suyu”nun haradan gəldiyini bəlli olsa da, bunu sübut edəcək faktlar demək olar ki, yoxdur.
Day.az digər xəbərlər