"Bu üsulla populyarlıq qazanmaq istəyənlər olan-qalan nüfuzlarını da itirirlər"- Əli Həsənov

"Bu üsulla populyarlıq qazanmaq istəyənlər olan-qalan nüfuzlarını da itirirlər"-  Əli Həsənov

"Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra, indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar"

"Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədənyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylıı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir. Bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər".

Bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

"Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra, indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar. Görünür, dünyagörüşünün məhdudluğubu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub" deyə, Prezidentin köməkçisi açıqlamasında vurğulayıb.

Ə. Həsənov qeyd edib ki, yalan, iftira üzərində qurulan siyasət gec-tez ifşa olunur: "Bu üsulla populyarlıq qazanmaq istəyənlər isə ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər. Onlar bu həqiqəti nə qədər tez başa düşsələr, bir o qədər həm özləri, həm də ətrafları üçün yaxşı olar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri

Yüzlərlə gənc könüllülər sıralarına qatılır

26-04-2019 11:46 - Teleqraf.com - Siyasət

 
 
 Ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.

 

Teleqraf.com xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasında, İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, Bakı Ali Neft Məktəbində keçirilən təqdimatlarda ETSN-nin nümayəndələri tələbələrə ekokönüllü proqramının məqsədi, iştirak qaydaları, imkanları və gənclərin bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

 

Bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq.

 

Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər.
Olaylar.az digər xəbərlər