Bulvarda intihara cəhd edən 14 yaşlı qızdır

Bulvarda intihara cəhd edən 14 yaşlı qızdır

Bu gün günorta saatlarında Dənizkənarı Milli Parkda özünü dənizə ataraq intihara cəhd edən 14 yaşlı qızdır.


Faktı virtualaz.org-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib.


P.Abubəkirov deyib ki, təcili yardım xidmətinə saat 14:56 da müraciət daxil olub. Cəmi beş dəqiqəyə həkim briqadası hadisə yerində olub. Uşaq boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.



Hadisə xəbərləri
Moderator.az digər xəbərlər