Bunları ərsəyə gətirmək borcumuzdur - Nazir

Bunları ərsəyə gətirmək borcumuzdur - Nazir

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 2 may tarixində nazirlərin yüksək səviyyəli görüşü keçirilib.

Axar.az xəbər verir ki, “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzunda təşkil olunan konfransı Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev açıq elan edib.

Əbülfəs Qarayev qeyd edib ki, BMT rəhbərliyinin bu forumun vacibliyini vurğulaması qürurverici məqamdır:

“Bu dialoqlar beynəlxalq mədəni platformanın möhkəmləndirilməsinə xidmət edir. Hər il keçirdilən forum beynəlxalq miqyaslı hadisədir”.

Nazir həmçinin bildirdi ki, ötən forumda da din, mədəniyyət və digər mövzulara toxunulmuşdu.

“Beynəlxalq təşkilatların görüşü bu baxımdan vacib şərtdir. Mədəni rəngarənglik fərqlilik ölkəmizi xarakterizə edən əsas cəhətlərdən biridir. Cənab prezidentimiz İlham Əliyev də bu üstün cəhətin qorunub inkişaf etdirilməsi üçün gücünü səfərbər edib. Azərbaycan son illər önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dövlət olaraq sivilizasiyalararası əlaqəni üstün sayır. UNESKO, BMT, İSESKO və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edirik.

Bu il də baş tutan forumun əsas məqsədi dövlətlərin daxili və xarici mədəni əlaqələrinə xələl gətirmədən dinlərin, mədəniyyətlərin inkişaf etdirilməsidir. Bu gün bir-birimizə yardım etməyin yollarını axtarmalıyıq. Müxtəlif şaxəli perspektivlər ərsəyə gətirmək borcumuzdur. Bu mövzularda dialoqlar vacibdir. Ən yaxşı və faydalı yanaşma nöqtələrini birgə araşdıraraq, beynəlxalq mədəniyyətlərarası platformanı möhkəmləndirməliyik”.

loading...

Mədəniyyət xəbərləri
Axar.az digər xəbərlər