"Bunu xəyanət kimi dəyərləndirərdim" - Tonoyan

"Bunu xəyanət kimi dəyərləndirərdim" - Tonoyan
17:34 26 Aprel 2019
"Əgər Silahlı Qüvvələrin generalı siyasi sığınacaq xahiş etsəydi, bunu xəyanət kimi dəyərləndirərdim".
Femida.az ordu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə naziri Davit Tonoyan Məhkəmə Qərarlarının Məcburi İcra Xidmətinin rəhbəri, general Mihran Poğosyanın həbsinə və onun Rusiyadan siyasi sığınacaq xahişinə münasibət bildirərkən deyib.
Tonoyan qeyd edib ki, Poğosyan onun rəhbərlik etdiyi qurumun generalı deyil və şərh vermək istəmir.
Erməni jurnalistin "Söhbət general paqonları daşıyan şəxsdən gedir, mənəvi baxımdan bunu necə qiymətləndirirsiniz?" sualına Tonoyan belə cavab verib: "Gəlin mən, Müdafiə naziri kimi, Silahlı Qüvvələrin generallarına görə cavab verim".
"Silahlı Qüvvələrin generalı belə bir addım atardısa, necə davranardız", deyə verilən növbəti suala Tonoyan cavab olaraq, xəyanət kimi qiymətləndirə biləcəyini qeyd edib.
Femida.az
Oxunub: 67
Oxşar xəbərlər
- "Tonoyan beynəlxalq terrorçu kimi çıxış edir" - Müdafiə Nazirliyi
- "Ermənilər hücuma keçsəydilər, mən Tonoyanla İrəvanda görüşərdim" - Zakir Həsənov
- "Yeni müharibə, yeni torpaqlar" deyirəm - Tonoyandan təxribatçı AÇIQLAMA
- XİN-dən Tonoyanla bağlı SƏRT AÇIQLAMA
- "Tonoyanın əsas məqsədi erməni diasporundan pul dilənməkdir" - Polkovnik Dərgahlı
- MN-dən Tonoyanın fikirlərinə SƏRT CAVAB
- "Silahlar çox bahadır, Azərbaycanla müqayisə oluna bilmərik" - Tonoyan etiraf etdi
- Tonoyan Rusiyanın arxasında gizləndiklərini ETİRAF ETDİ
- Rusiya Ermənistana 100 milyon dollar hərbi kredit ayırdı
- Müdafiə Nazirliyi: Zakir Həsənov Tonoyanla görüşməyib