Bürcünüz ən gizli niyyətləriniz və düşüncələriniz haqqında nə danışır?

Bürcünüz ən gizli niyyətləriniz və düşüncələriniz haqqında nə danışır?

Yer üzündə oxşar xarakter cizgiləri və davranış stereotipləri olan minlərlə insan doğulur. Astroloqlar belə oxşarlığı mübahisəsiz fakt - doğum tarixi və planetlərin mövqeyinin insanın taleyinə təsiri ilə izah edirlər.

İnsanların zodiak işarələrinə görə xüsusiyyətlərini öyrənməklə, yadda saxlamaq lazımdır ki, insan bu və ya digər zodiak işarəsinin son üç günündən birində anadan olarsa, o zaman özündən sonrakı bürcün xarakterik cizgilərini daşıyır.


Qoç


Qoçlar bütün dünyanı öz əllərinə ala bilər. Onlar inadkardır və qarşıya qoyduğu məqsədlərə nail olurlar. Onlar bir qayda olaraq, bir az lovğa, amiranə və istehzalıdır. Lakin başqalarının fikirlərini də dinləməli olduğunuzu unutmayın.


Buğa


Buğalar ilk baxışda inadkar görünə bilər, sadəcə onların xoşuna gəlir ki, öz istədikləri kimi hərəkət etsinlər. Onlar üçün loyallıq və etimad vacibdir. Unutmayın ki, siz hərəkət etməli və dəyişməlisiniz.


Əkizlər


Əkizlər ikili şəxsiyyətlərdir, bu, onların fikirlərini tam müəyyən edilməsini çətinləşdirir. Onlar bir qayda olaraq, xarizmatikdir. Ümumilikdə bu bürcün nümayəndələri sadəcə yaxşı vaxt keçirməyi xoşlayır.


Xərçəng


Xərçənglər pərdə arxasında gizlənməyi üstün tutaraq öz iç üzünü göstərməkdən imtina edir. İcazə verin ki, yarınız sizə şəfqət və qayğı göstərsin. Öz düşüncələrinizin dərinliklərində gizlənməyin.


Şir


Şirlər öz hisslərini heç vaxt gizlətmir, onlar diqqət mərkəzində olmağı və hər şeyi olduğu kimi danışmaq istəyirlər. Onlar bir az kobud və xoşagəlməz görünür. Onlarda kim olduqlarına dair güclü hiss var.


Qız


Qızlar məntiqli mütəfəkkirlərdir. Bu bürcün nümayəndələri gözəl insanlardır, əgər baş çıxara bilmədiyiniz böyük probleminiz varsa, onlara müraciət edin, sizə mütləq kömək edəcəklər. Lakin rəğbətinizi itirməmək üçün bu qədər məntiqli olmağa çalışmayın.


Tərəzi


Tərəzilər hər şeydə tarazlığa olan məhəbbəti ilə tanınır və öz yaradılışına uyğun olaraq hərəkət edirlər. Onlar öz xoşbəxtliyini gözləmir, onu özləri yaradırlar.


Əqrəb


Əqrəblərin davranışı tez-tez insanları hədələyir. Onlar bir qədər müəammalıdır, hətta dərin söhbətdən sonra da onları tanımaq çətin ola bilər. Onlar vəziyyətdən asılı olaraq tamamilə başqa bir adama çevrilə bilirlər.


Oxatan


Oxatanlar çox güclü şəxsiyyətlərdir. Onlar macəraları sevir, daim hərəkətdə olur və yeni stimullara ehtiyac duyurlar. Bu bürcün nümayəndələrinə onların fikirlərini dəstəkləyə bilən insanlar lazımdır.


Oğlaq


Onlar tez-tez daxili duyğularına məhəl qoymurlar ki, sadəcə öz işlərini rahat yerinə yetirə bilsinlər. Amma öz fikirlərini dinləməyi öyrənməyin vaxtı çatıb.


Dolça


Siz hisslərə üstünlük verirsiniz. Səyahət edir, yeni mədəniyyətlər və ideyalarla tanış olursunuz. Odur ki, dünyanın zehninizi müxtəlif üsullarla işıqlandırmasına icazə verin.


Balıq


Balıqlar simpatikdir, amma özünü anlamaqla problemləri var. Onlar bir qayda olaraq buqələmundur və daim öz fikirlərini dəyişirlər. Bu bürclər çox həssas və qayğıkeşdir. (publika.az)

İKT xəbərləri
"Kök uşaq sağlam uşaqdır" fikri yalnışdır - Piylənmə uşaqlarda bu xəstəliklərə yol açır

"Kök uşaq sağlam uşaqdır" fikri yalnışdır - Piylənmə uşaqlarda bu xəstəliklərə yol açır

21-04-2019 21:05 - Milli.az - İKT
Piylənmənin səbəb olduğu qeyri-infeksion xəstəliklər:• Ürək-damar xəstəlikləri• Şəkərli diabet• Oynaq-əzələ sistemi xəstəlikləri• Bəzi orqanlarda (süd vəzi, uşaqlıq, mədə-bağırsaq sistemi) onkoloji xəstəliklərUşaqlarda piylənmənin qarşısını almaq üçün ümumi tövsiyələr:• Düzgün qidalanma vərdişi formalaşdırmaq• Meyvə, tərəvəz, paxlalı bitkilərdən daha çox istifadə etmək• Qida rasionunda doymuş yağları doymamış yağlarla əvəz etmək• Şəkərin istifadəsini azaltmaq• Gündə azı 60 dəqiqə fiziki aktivliklə məşğul olmaqÜST tövsiyə edir:• Yenidoğulmuş körpəyə süd verməyə daha tez başlamaq (doğuşdan sonrakı bir saat ərzində) • Körpəyə ilk 6 ay yalnız ana südü vermək• 6 ayından başlayaraq, tərkibi vitaminlərlə zəngin və təhlükəsiz qidalar (qatı qidalar) vermək • Uşağa 2 yaşınadək ana südü verilməsini davam etdirməkMəktəblilər və yeniyetmələr üçün • Mütamadi olaraq fiziki aktivliklə məşğul olmaq (hər gün bir saat)• Mobil telefonların, planşetlərin, video oyunların istifadəsini azaltmaq• Yüksək kalorili qida və içkilərin reklamlarına baxılmasını məhdudlaşdırmaqPiylənmə nədir? Piylənmə sağlamlığa zərər vuran anormallıq və artıq piy qatı kimi tərif olunur.
Azxeber.com digər xəbərlər