Madriddə "NATO-ya yox" mitinqi keçirildi
26-06-2022 22:02
- Buta.ws - Siyasət
İspaniyanın paytaxtı Madriddə minlərlə şəxs küçələrə çıxaraq “NATO-ya yox” mitinqində iştirak edib. Buta.ws xəbər verir ki, sol təmayüllü təşkilatların başçılığı ilə keçirilən mitinqdə “Müharibələrə yox”, “NATO-ya yox” “NATO bazaları ləğv edilsin”, “Hərbi xərclər yerinə xəstəxana və məktəb tikin” kimi şüarlar səsləndirilib.