"Bütün sahibkarlara lazımı dəstəyi göstərməyə hazırıq"

"Bütün sahibkarlara lazımı dəstəyi göstərməyə hazırıq"

"Normaların pozulmasına inzibati qaydada cərimələr nəzərdə tutulur. Amma AQTA işini inzibati tənbeh üzərində qurmur. Biz bütün sahibkarlara lazımı dəstəyi göstərməyə hazırıq". SİA-nın məlumatına görə , bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, q arşıdakı 7 il ərzində sahibkarlıq strukturlarına təlim-tədris işlərində yardımçı olmaq lazımdır ki, onlar ölkəmizdə beynəlxalq standarlara uyğun qida təhlükəsizliyi sistemini qura bilsinlər.

Q.Təhməzli əlavə edib ki, qida təhlükəsizliyinin təmini torpaqdan başlayır: "Prezidentin fərmanında da qeyd olunur ki, qida təhlükəsizliyi tarladan başlamalı və tarladan süfrəyə olmalıdır. Yalnız son mərhələdə satış həyata keçirmək heç də qida təhlükəsizliyi deyil.Bitkiçilik məhsullarına tətbiq olunan aqrokimyəvi pereparatların, bitki mühafizəsi vasitələrinin, quşçuluq və heyvandarlıq təsərrüfatlarında istifadə olunan yem və yem əlavələrinin, heyvan mənşəli baytarlıq perapartlarının tətbiqi ciddi önəm daşıyır. Çünki həm heyvandarlıq təsərrüfatlarında heyvanlara, quşçuluq təsərrüfatlarında quşlara verilən yem və yem əlavələri həmin məhsulun təhlükəsizlik göstəricilərini birbaşa özündə əks etdirir. İstər daşınma, istər saxlanma mərhələlərində sanitar normalara əməl olunmalıdır".

loading...

İqtisadiyyat xəbərləri
Sia.az digər xəbərlər