Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX)

Ordu.az-a verilən məlumata görə, bu gün Bakının Qaradağ rayonunda və Qubada təşkil olunan çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə və şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətlərinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, ağsaqqallar, müharibə veteranları, valideynlər və gənclər iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qubada keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdıraraq onlara şərəflə xidmət etməyi arzulayıb. Bildirib ki, Vətənin keşiyini çəkmək şərəfli bir işdir. Qeyd edib ki, bu gün çağırışçıların həyatında əlamətdar gündür. Onlar həqiqi hərbi xidmətə yola düşürlər. Bu gün Azərbaycan əsgərinin döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz öz gücünü 2016-cı ilin aprelində və ötən ilin mayında düşmənə göstərdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, mayor Anar Kazımov hərbi xidmətə yola düşən gəncləri təbrik edib. Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açıb.

Bakının Qaradağ rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, hərbi xidməti şərəflə bitirmələrini arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant Rizvan Sadıqov mərasimdə çıxış edərək, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.

Yolasalma mərasimlərində ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi tövsiyə ediblər.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər.

Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

Həqiqi hərbi xidmətə çağırış respublikamızın bütün bölgələrində davam edir. Çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin, KİV-lərin və QHT-lərin nümayəndələrinin iştirakı gənc çağırışçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Siyasət xəbərləri
AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 11:55 - Metbuat.az - Siyasət
Trend:2019-cu il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 29-30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir):



Reysin nömrəsi

Marşrut

Bakıdan uçuş

Təyinat məntəqəsinə gəliş

Təyinat məntəqəsindən uçuş

Bakıya gəliş



J2-003/004

Bakı-Ankara-Bakı

20:00

21:30

22:30

01:50+



J2-011/012

Bakı-Dubay-Bakı

04:50

07:45

10:10

13:10



J2-026

Antalya-Bakı
 

16:00

19:50



J2-076

İstanbul (IST)-Bakı
 

16:30

20:15



J2-9683/9684

Kiyev (IEV)-Bakı(Buta Airways)
 

16:10

20:30



J2-9575/9576

Bakı-Kazan- Bakı(Buta Airways)

20:00

21:50

22:50

02:50+



J2-9717/9718

Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways)

21:00

21:40

22:40

01:05+



J2-809/810

Bakı-Moskva (VKO)-Bakı

Reyslər ləğv edilmişdir



J2-079/080

Bakı - İstanbul-Bakı

Reyslər ləğv edilmişdir



J2-852/851

Bakı- Moskva (DME)- Bakı

Reyslər ləğv edilmişdir



J2-255

Bakı-Naxçıvan

Reys ləğv edilmişdir



J2-254

Naxçıvan- Bakı

Reys ləğv edilmişdir




30 may (yerli vaxt göstərilmişdir):







Reysin nömrəsi

Marşrut















Bakıdan uçuş

Təyinat məntəqəsinə gəliş

Təyinat məntəqəsindən uçuş

Bakıya gəliş



J2-011/012

Bakı-Dubay-Bakı

12:40

15:35

16:45

19:45



J2-827

Bakı-Moskva (VKO)

02:45

05:00
 



J2-852/851

Bakı- Moskva (DME)- Bakı

11:40

13:50

14:50

18:40



J2-9111/9112

Bakı-Alanya-Bakı(Buta Airways)

12:30

14:30

15:30

19:20



J2-9685/9686

Bakı-Odessa-Bakı(Buta Airways)

12:15

14:40

15:40

19:40



J2-239

Bakı–Gəncə

Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00



J2-021/322

Bakı –Təl-Əviv –Bakı

Reyslər ləğv edilmişdir



J2-075/076

Bakı – İstanbul (IST)-Bakı

Reyslər ləğv edilmişdir



J2-9103/9104

Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-9223/9224

Bakı-Tbilisi-Bakı(Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-9017/9018

Bakı -Tehran - Bakı(Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-251

Bakı-Naxçıvan

Reys ləğv edilmişdir



J2-258

Naxçıvan-Bakı

Reys ləğv edilmişdir







Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Ordu.az digər xəbərlər