Səbuhi Məmmədli
Əl çəkmirlər, çamur atmaqdan yorulmurlar. Nə qədər olar axı? Bəlkə də baş qoşmazdıq, amma ortada sevgili Azərbaycanımızın nüfuzu var, onun gələcyi ilə bağlı məqamlar var. Necə deyərlər, axı ürəyinizin dərinliyində də bilirsiz ki, ölkə tarixi bir hadisənin astanasındadır və bu cür kin-küdurətləhara qədər?
Sadəcə öz meydançanızdaoynayırsız. Obrazlı desək, o qədər dar meydançanız var ki, özünüz ona haqq etmisizəslində. Hə.Çox gözəl bilirsiz ki, özünüzü təcrid etmisiz, sizinlə heç kim"oynamaq istəmir”.Xalqı, onun müxtəlif təbəqələrini deyirəm. Özünüz bir-öirinizə ötürmə verirsiz, özünüz bir-birinizə qırmızı kart göstərirsiz, özünüz bir-birinizə hətta qol da vurursunuz.
Etimad və etibarlılıq dərəcəniz sıfırın altında.Məşhur"12 stul filmindədələduzOstap Benedenrin durumundasız. Necə deyirdi o dələdəuz?Zapad, nam pomojet”."Qərb bizə kömək edəcək”. Artıq Qərb də əsil həqiqəti anlayıb, biləsiz.
Heç uzaöa getmirik. Aşağıdakı sitatlara baxaq:
Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm tərəfdaşıdır".
Bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında deyib.
"Bu gün münasibətlərimizdə iqtisadi əlaqələr çox vacib yer tutur. Belə ki, ötən il Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard avro təşkil edib. Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi üçün cəlbedici şərait var", - səfir qeyd edib.
Onun sözlərinə görə, Almaniya Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanmasını dəstəkləyir.
"Azərbaycan Prezidenti İlham Əliyevin bu il martın 16-da imzaladığı əfv sərəncamını yüksək qiymətləndirirəm".
Bunu deyən Avropa İttifaqının hegemon dövlətinin rəsmisdir. Səfiridir. O, öz sözünü demir, dövlətinin diləkərini çatdırır.
Bunu isə Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andre Vilye deyir.
"Əfv sərəncamı ilə 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bu qərar ölkədəki müxtəlif qrupları bir-birinə yaxınlaşdırmaq, həmçinin stabilliyə, sabitliyə aparan yolda mühüm addımdır. Prezident İlham Əliyevin bu qərarı tarixə yeni səhifə açmaqla bərabər gələcəyin bünövrəsini möhkəmləndirməyə xidmət edəcək.
Görün daha nələr deyir.
Sitat:
"Prezident İlham Əliyevin sosial müavinətlərin artırılması ilə bağlı sərəncamları əhalinin alıcılıq qabiliyyətinin artırılması üçün böyük əhəmiyyət daşıyır. Hazırda Fransada davam edən "Sarı jiletlilər" hərəkatının üzvlərinin də öz dövlət başçılarından tələbi bu yöndədir. Bu qərar Azərbaycan əhalisinin yaşayış səviyyəsini yaxşılaşdırmağa xidmət edir".
Adam Azərbaycandan 4 min kilometr aralıda yaşayır və bu ölkədə baş verənlər görür, analiz və təqdir edir. Amma ölkəni az qala şantaj obyektinə çevirən bu 5-ci"kolon”üyələri var ha?
Onlara qayıdacağıq. İndilikdə isə fikir verin:heç kimə sirr deyil ki, llərdir Azərbaycana qarşı müxtəlif şəkildə təxribatlar törətməyə cəhdlər göstərən dairələr var. Sorosun uşaqları nələrə əl atmadılar?Dövltə, onun prezidentinə, ailə üzvlrəinə qarşı hansı çamurlardan istifadəetmədilər. Çox maraqlıdır ki, hər dəfə niyyətləri baş tutmadıqca, daha da aqressiv olurlar. Daha böyük hiyləyə, təxribata əl atırlar. Bu adamlar hələ də qanmırlar ki, son illərdə Azərbaycanın iqtisadi cəhətdən özünü təmin edib, bir sıra beynəlxalq və transmilli layihələrin icraçısıdır, müxtəlif beynəlxalq tribunalarda söz sahibidir, bu ölkənin prezidenti dünyada qəbul olunan lider dövlət başçısıdır.
Erməni lobbisinn əində əsir-yesir olan, riyakar Soros tərəfindən maliyyələşən "5-ci kolon” kimi tanınan radikal və dağıdıcı təfəkkürə malik müxalifət və "Trensparency International”, "Amnisty International”, OCCRP kimi təşkilatlar adi Azərbaycan reallığın anlamırlar. Adamlar, bütün dünyaAzərbaycanda baş verənləri məmnunluq hissi ilə izləməkdədir. Ölkəybtanıyan, bu ölkədəki demokratik, multikultural, tolerant mühiti, sabitliyi qiymətləndirən heç bir dairə sizin dezinformasiyalara uymaz. Allah rəhmət eləsin, 14 yaşlı bir uşağın faciəsinə belə dərhal reaksiya verən bir prezident göstərinmənə. Cənab İlham Əliyevin dediyi kimi, hə, əmin olun, o doğrudanda hər bir azərbaycanlının prezidentidir. Bunu hər gün, demək olar ki, hər gün imzaladığı müxtəlif səpgili sərəncamlarıyla da sübut edir. Xalqın müxtəlif kateqoriyalarının social rifahınıəhatə edən bu sərəncamları, fərmanları niyə görməməzlikdən gəlirsiz ki?
Fikir verin, sanılı günlər qalıb. Amma Avropa İttifaqı ilə Azərbaycan arasında saziş layihəsi ətrafında da təxribatlar ara vermir. Vəsizi inandırrıam, bu məqamla baqlı iki tərəf ən çox narahatdır. Azərbaycanda qara yara kimi mövcud olan"5-ci kolon”və təcavüzkar Ermənistan. Ermənistan Avropa İttifaqına üzv dövlətlər arasında olan havadarları vasitəsilə bu sazişə zərbə vurmaqda maraqldır. Amma bizim içərimizdəki məlum antimilli ünsürlər də dinc dayanmırlar. Bəs sizini istədiyiniz nədir? İndi burdan nə məntiq ortaya çıxır? Bunun üçün uniiversal zəka sahibi və ya analitik olmağa da ehtiayc yoxdur. Bəli,bu, o deməkdir ki, özlərini "demokrat” adlandıran dağıdıcı müxalifət liderləri birbaşa ermənilərlə eyni mövqedən çıxış edirlər.
Heç kimə sirr deyil ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunması müddəası da yer alıb. Yalandan dezo yayıb, ermənilərlə bir ələ oynamaq ayıb deyilmi?
Erməni dəyirmanına su tökən təxribatçı "5-ci kolon”çularindidən məğlubdurlar. Heçbir nüfuz və elektoratı olmyanbu ünsürlər nəyin canfəşanlığındadı,fərqində deyillər, amma erməniləri məmuniyyətlə sevindirirlər.
Hə, bayaqdan"5-ci kolon”dan danışırdıq axı.
Qısaca arayış:
"5-ci kolon” ifadəsi haradan yaranıb? 1930-cu illərdə İspaniyadakı vətəndaş müharibəsi zamanı Frankonun generallarından biri Emilo Mela Madridə doğru yürüş zamanı demişdi ki, biz 4 kolonla hücuma keçirik, 5-ci kolon isə düşməni içəridən dağıdacaq. 5-ci kolonun vəzifəsi həm agent fəaliyyəti ilə məşğul olmaq, həm də təxribatlar yaratmaqdı. Maraqlıdır ki, sonradan - Ikinci Dünya savaşı illərində alman faşistləri də müxtəlif ölkələrdə casusluq və təxribatlarla məşğul olan oxşar qruplar yaratmışdılar, belənasist qrupları da məhz 5-ci kolon adlanırdı.
Bax, hər şey belə sadə.
Azərbaycan üçün olduqca həssas bir məqamda yaşayrıq.
Amma şanslıyıq. Çünki xalq və prezident birliyi sübut edib ki, belə tarixi dönəmlərdə həmişə bir yerdədirlər. "5-ci kolon”u və onların havadarların da narahat edən budur.
Prezident bu günBakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında sakinlərlə görüşü zamanı bir daha təkrarladı:
"Biz indi inkişafımızın yeni mərhələsindəyik. Son prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, növbəti dövr islahatlar dövrü olacaq. Çünki hər bir ölkə üçün islahatlar çox önəmlidir. İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir”.
5-ci kolonu narhat edən də həm də budur.