“Cavanşir Feyziyev əmim oğludur” — Gülyaz deputatın milyonluq əmlak qalmaqalından DANIŞDI

“Cavanşir Feyziyev əmim oğludur”     — Gülyaz deputatın milyonluq əmlak qalmaqalından DANIŞDI

Xalq artisti Gülyaz Məmmədova deputat Cavanşir Feyziyevin sabiq həmkarı Hüseyn Abdullayevdən aldığı obyektin onun adına sənədləşdirilməsinə münasibət bildirib. 


Demokrat.az xəbər verir ki, o, Qafqazinfo-ya açıqlamasında xəbəri təsdiqləyərək hadisənin uzun illər əvvəl baş verdiyini bildirib. 


Xalq artisti qeyd edib ki, C. Feyziyev onun əmisi oğludur:  


"Sizdən bir ricam var, bu söhbəti çox qabartmayaq. İllər əvvəl olmuş bir söhbətdir. Hamı obyekt, əmlak ala bilər. Birincisi, mənim Hüseyn Abdullayevlə heç bir bağlılığım yoxdur. İkincisi də, Cavanşir Feyziyev əmim oğludur, qohumumdur. Bu məsələni böyütməyə dəyməz. Bir məlumatı yazırlar, başqası da uzadır, böyüdür. Lazım deyil, köhnə söhbətdir. Belə söhbətləri ağartmağa dəyməz”.

Mədəniyyət xəbərləri
Demokrat.az digər xəbərlər
“Ən vacibi təmiz əldir”     — Eldar Əzizovdan RÜŞVƏT XƏBƏRDARLIĞI

“Ən vacibi təmiz əldir” — Eldar Əzizovdan RÜŞVƏT XƏBƏRDARLIĞI

24-04-2019 12:38 - Demokrat.az - Siyasət
Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.  Demokrat.az xəbər verir ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, hər hansı korrupsiya hallarına və pozuntulara yol verməməli, dövlət büdcəsindən səmərəli, düzgün  istifadə etməli, ən vacibi isə  bütün işlərini “təmiz əllərlə” görməlidir. İcra hakimiyyətinin başçısı hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edib, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüququ mühafizə orqanlarına müraciət ediləcəyini bildirib. Struktura daxil olan xidmətlərin işlərindən danışan Eldar Əzizov qeyd edib ki, ölkə başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq sərəncamının icrası məqsədi ilə Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir.  O, liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməsinin vacibliyini vurğulayıb və şəffaflığın təminatı üçün gələcəkdə bütün müqavilələrin və alınan malların qiymətlərinin ictimaiyyətə açıqlanacağını bildirib.