Çavuşoğlu Pompeo ilə S-400 məsələsini müzakirə edəcək

Çavuşoğlu Pompeo ilə S-400 məsələsini müzakirə edəcək

“S-400-lə bağlı ABŞ və digər ölkələrdən bizə tələblərdavam edir”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9 may Avropa Günü ilə əlaqədar Aİ-nin İslahat Fəaliyyət Qrupunun Türkiyədəki altıncı toplantısında səsləndirib. Nazir bildirib ki, ABŞ-ın S-400 sistemlərinin F-35-ə verə biləcəyi zərərlə bağlı iddiaları var: “Biz də bu iddiaları qəbul etmirik və hesab edirik ki, bu məsələdə son sözü ekspertlər deyə bilər. Bunun üçün də biz ortaq bir işçi qrupunun yaradılmasını təklif etdik. Hətta bu qrupa NATO-nun sədrlik edəcəyini dedik. Türkiyə bu məsələlərdə həmişəki kimi şəffafdır və özünə güvənir. Narahatlığı olan varsa işçi qrupu yaradılsın və araşdırma aparılsın. Əgər ABŞ bu məsələdə özünə güvənirsə, işçi qrupunun yaradılmasına razılıq verməlidir. Yaxın günlərdə ABŞ dövlət katibi ilə bu məsələ ilə bağlı telefon danışığımız olacaq”

Siyasət xəbərləri
Faktor.az digər xəbərlər
Azərbaycan və Türkmənistan gömrük orqanları qarşılıqlı təcrübə və məlumat mübadiləsini gücləndirəcək

Azərbaycan və Türkmənistan gömrük orqanları qarşılıqlı təcrübə və məlumat mübadiləsini gücləndirəcək

09-05-2019 15:00 - Faktor.az - İqtisadiyyat

Mayın 9-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Səfər Mehdiyev iki ölkə arasında dostluq münasibətlərindən, müxtəlif sahələrdəki işgüzar əlaqələrdən söhbət açıb, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.
 
Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində aparılan islahatlardan bəhs edib, tətbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

O da qeyd edilib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərndə yerləşməsi Azərbaycanın beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan ölkəmiz, xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi gömrük işinin təşkili istiqamətində də səmərəli və işğüzar münasibətlərin qurulmasına önəm verir.