Çavuşoğlu: “Türkiyə “S-400”ləri Azərbaycana verməyə hazırlaşmır”

Çavuşoğlu: “Türkiyə “S-400”ləri Azərbaycana verməyə hazırlaşmır”

Ankara Rusiyadan aldığı “S-400” Zenit Raket Komplekslərini Qətər və Azərbaycana vermək niyyətində deyil. RİA "Novosti" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Daha əvvəl Türkiyə mətbuatı Ankaranın sözügedən ZRK-ları Qətər və Azərbaycana verəcə biləcəyini yazmışdı.

"Söhbət “S-400”lərin Qətər və Azərbaycana yerləşdirilməsi planlarından getmir. Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat daim KİV-də dövr edir. Əslində isə bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş bağlamışıq və indi onların göndəriləcəyi vaxtı razılaşdırırıq. Əgər Rusiya kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, o bunu birbaşa, vasitəçisiz edəcək. Xüsusən də, bu ölkələr arasında yaxşı münasibətlər var", - deyə Çavuşoğlu bildirib.

Açar sözlər
Ria Novosti , Türkiyə , Azərbaycan , Rusiya , Ankara
Siyasət xəbərləri
Virtualaz.org digər xəbərlər