Çaylarda daşqın gözlənilir? – Nazirlikdən AÇIQLAMA

Çaylarda daşqın gözlənilir? – Nazirlikdən AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentininXeberle.com-a verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 60, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-250 faizini təşkil edir.


Tranzit çaylarda faktiki vəziyyət


Aprelin 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 325 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 46 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 275 m3/s olmaqla, ongünlük normadan az olub.

Aprelin 26-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 35 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 159 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 89 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 105 m3/s təşkil etməklə ongünlük normadan az olub.


Kür çayının aşağı axınında hazırki vəziyyət


Aprelin 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 608 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 26-da isə 401 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 22 sm artaraq 397 sm qeydə alınıb. 2018-ci il aprelin 26-da isə bu rəqəm 276 sm təşkil edib. Salyanda suyun səviyyəsi 15 sm artıb və 389 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 203 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 9 sm artaraq 309 sm olub və bu göstərici 2018-ci il aprelin 26-da 185 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm azalaraq 350 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il aprelin 26-da isə 99 sm təşkil edib.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər
Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir

Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir

26-04-2019 20:36 - Xeberle.com - İqtisadiyyat


Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 26-da keçirilən iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Adıçəkilən qanuna dəyişiklik "Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsilə real rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.
 Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.
Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək.